Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Məmmədovun mal-qara biznesi


Etibar Pirverdiyevin dostu vətəndaşın torpağını zəbt edib


Şəki Regional Elektrik Şəbəkə” MMC-nin rəhbəri Elşad Məmmədovun əməlləri ilə bağlı dövrü mətbuatda kifayət qədər tənqidi yazılar dərc olunub. Qısaca bildirək ki, Elşad müəllimin çörəyi, özü də yağlı çörəyi adamların, sahibkarların, iş adamlarının işığını kəsməkdən çıxır. Ümumiyyətlə, yol kəsmək, su kəsmək, işıq kəsmək dədə-babadan çox pis əməl sayılır. 

Elşad Məmmədov müxtəlif bəhanələrlə müəssisələrin işığını kəsməklə iş adamlarına xeyli ziyan vurur. Sonra da özünə lazım olanı alıb təzədən öz dədəsinin işığı kimi adamlara minnətlə işıq verir. Elşad Məmmədov işıq kəsməklə o qədər pul qazanıb ki, indi özünü ölkənin ən imkanlı fermerlərindən biri hesab edir. 

Elşad Məmmədov Şəkidə qazandığı milyonları doğulduğu Qazax rayonunda iri heyvandarlıq təsərrüfatına yönəldir. Son illər Şəkinin “baş işıqçı”sı Qazax rayonunda, öz doğma kəndi Xanlıqlarda xeyli torpaq sahəsi alıb. Həmin sahələrdə ferma tikir, öz mal-qarası üçün örüş yerləri yaradır. Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Qürbət Yusubovun verdiyi məlumata görə Elşad Məmmədov Nəsibova Sədaqət Teymuraz qızına və onun ailəsinə məxsus təxminən 1 ha torpaq sahəsini zorla zəbt edərək orada heyvandarlıq təsərrüfatı yaradıb. Torpaq sahibi dəfələrlə məhkəmələrə müraciət etsə də Elşad Məmmədov sanki hakimlərin ağzını tikib, heç bir hakim onun əleyhinə səsini çıxarda bilmir. Onu da nəzərə alaq ki, Elşad Məmmədov “Azərenerji”ASC-nin sədri Etibar Pirverdiyevin ən yaxın dostudur. 
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(dia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar