Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin Papası

İyunun 24-də Roma Papası Fransisk Ermənistana gələcək. Ermənistan bu səfərə xüsusi hazırlaşıb, hətta Rusiyadan kilsə rəhbərləri Papa ilə görüş üçün işğalçı ölkəyə axışıb. Papanın gəlişi, nə deyəcəyi erməni mətbuatının baş mövzusudur


Hələ ki Papanın səfəröncəsi məktubundan danışılır.  Fransisk “sülhün tənzimlənməsi yolunda erməniləri ümidləndirmək”lə bağlı məqsədini izhar edib. Məktubu oxuyanda adam zənn edir ki, sanki əraziləri işğal altında olan, yüz minlərlə insanı qaçqın düşmüş ölkəyə xitab edilir. 

Papa məktubunda “sizin füsunkar ölkəniz” deyə, vəsf etdiyi Ermənistanın Azərbaycana qarşı cinayətlərindən bu qədərmi xəbərsizdir? Papa məktubunda “Xalqınızın tarixi və başına gələn hadisələr məndə heyranlıq və kədər hissi oyadır”-yazıb. 

Erməni xalqının başına hansı hadisələr gəlib ki, Papa heyran olub? Bəlkə Azərbaycanın tarixi ərazilərində özlərinə ölkə qurduqlarına görə onlara “heyran”lığını gizlədə bilmir? Yoxsa 31 Mart 1918-ci ildə ermənilərin yüz minlərlə Azərbaycan türkünü məhv etməsindən mütəəssir olub Papa həzrətləri? Bəlkə Xocalı soyqırımını törətmələridir ermənilərin “başına gələn hadisələr”? Dağlıq Qarabağı, ətrafındakı 7 rayonu işğal altında saxlayan ölkəyə bu bəlağətli sözləri ünvanlamaq bəşəri dəyərlərə tüpürmək deyilmi? 

Nə olsun ki, Papa bu dəfə “soyqırım” deməyəcək. Elə “böyük fəlakət” də Türkiyəyə qarşı haqsızlıqdır. İzahata gərək yox. Onsuz da Papa keçən il 1915-ci il hadisələrini “XX əsrin ilk soyqırımı” adlandırıb. Roma Papasının bəyanatından sonra rəsmi Ankara Vatikandakı səfirini geri çağırmışdı. İndi Papanın yenidən “soyqırım” deyib-deməməsinin nə mənası? Papa konstitusiyasında və gerbində Türkiyənin ərazisinə iddiası əksini tapan, Azərbaycan torpaqlarını işğalda saxlayan bir ölkəni “birinci xristian dövləti” (?) adlandırır və bununla hər şeyi demiş olur. Papa olmamışdan əvvəl erməni təsirinin güclü olduğu Argentinada yaşayıb, bəlkə buna görədir? 

Roma Papasının səfərindən iki gün əvvəl Ermənistanın prezidenti Sərkisyan qanunsuz olaraq Qarabağa gəldi. Normalda bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar buna sərt təpki göstərməli, Papa isə İrəvan səfərini təxirə salmalı idi. Azərbaycan ərazisində özünün hərbi qərargahını toplayan işğalçı ölkənin rəhbəri ilə səmimi atmosferdə görüş keçirmək elə onun işğalçılığına haqq qazandırmaqdır!
Başqa ölkənin torpaqlarına qanunsuz səfər edən bir ölkənin başçısının əlini sıxmaq elə işğala xeyir-dua verilməsi anlamına gəlir. Papa Sərkisyanın əlini sıxacaq. O əli ki azərbaycanlıların qanına batıb. O əli ki elə son iki gündə Qarabağdakı terrorçulara uzanıb. Olmaya Papa aprel döyüşlərindəki uğursuzluqlardan sonra Qarabağ danışıqlarında mövqeləri zəifləyən Ermənistana dəstək olmağa gəlir? 

Roma Papası tarixdə olmayan hadisələrə görə qoyulmuş abidəni ziyarət edəcək, ölməyən 1,5 milyon erməniyə görə dualarını səsləndirəcək və daha sonra Ağrı dağı istiqamətinə üzünü tutub göyərçin uçuracaq. Bu, əslində Türkiyəyə sülh mesajı vermək deyil, məqsəd başqadır. Rusiya XİN-in başçısı Sergey Lavrov da İrəvanda olarkən mobil telefonu ilə Ağrı dağının fotosunu çəkmişdi...

Özü də bu gün sülh göyərçinini Türkiyə tərəfə uçurmağa ehtiyac yoxdur, Türkiyə və Ermənistan müharibə şəraitində deyil ki. Papa doğrudan da sülhpərvərdirsə, o göyərçinləri Azərbaycan-Ermənistan sərhədində uçursun, nümayiş etdirsin ki, iki ölkə arasında qan tökülməsinə qarşıdır, ya Ermənistana Azərbaycan torpaqlarından çıxmaqla bağlı çağırış etsin.
Papa ədalət tərəfdarı olsa, tarixdə olmayanlara görə qoyulmuş abidəni ziyarət etməz, nəinki soyqırım, heç “böyük fəlakət” də deməzdi. Əksinə, 1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımını xatırladar və Qafqazda sülhün, əmin-amanlığın təmin olunması üçün işğalçı ölkəyə çağırış edərdi.

Milli Məclisin deputatı Elxan Süleymanov Ermənistan səfəri ərəfəsində Papaya tutarlı bir məktub yazıb. Heç olmasa Roma Papası Ermənistanın 2014-cü ilin iyunundan girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasına kömək edə bilərdi. Təbii ki, istəsəydi. Cəmi üç ay əvvəl Roma yaxınlığında yaşayan 12 miqrantın ayağını yuyub öpən Papanın Kəlbəcər qaçqınlarının ayağını yumasını istəmirik. Heç olmasa onların qollarından qandalları açaydı...(musavat.com)


Yazar : Elşad PAŞASOY

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar