Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirdi


Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Mehmanxana və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda seminar keçirilib


FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Mehmanxanaların və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında başlıca vəzifələr”, “Yanğından mühafizə və yanğınların söndürülməsi zamanı obyektlərin üzərinə düşən vəzifələr” mövzusunda mühazirələr dinlənilib, mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi işlər barədə məlumat verilib.
 
Qeyd olunub ki, qarşıdan gələn böyük idman tədbirində yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
 
Seminarda “Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları” adlı slayd nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası paylanılıb.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar