Aylıq proqnoz açıqlandı
Azərbaycanda fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata əsasən, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.
Orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 16-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, ayın ikinci yarısının ayrı-ayrı günlərində 13-16 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-17 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
pia.az