Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülər Əhmədovanın məhkəməsi təxirə düşdü


Buna səbəb sabiq deputatın vəkilinin başqa prosesdə iştirakı olub


 Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə bu günə təyin edilən məhkəmə baxışı təxirə salınıb. Buna səbəb vəkil Fazil Neymətovun teleqramı olub. 

Vəkil hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəməyə göndərdiyi teleqramda Xətai rayon məhkəməsində başqa bir prosesdə iştirak etdiyi üçün sabiq deputatın məhkəməsində iştirak edə bilməyəcəyini deyib. Buna görədə, o məhkəmə apellyasiya baxışının vaxtının dəyişdirilməsini istəyib. 

G.Əhmədova da vəkili iştirak etmədiyi üçün prosesin təxirə salınması haqqında vəsatət qaldırıb. Məhkəmə Kollegiyası vəsatəti nəzərə alaraq prosesi aprelin 25-i saat 15:00-a təyin edib. 

Qeyd edək ki, ötən həftə keçirilən ilkin baxış məhkəməsində Gülər ƏHmədova Elşad Abdullayevin psixoloji ekspertizadan keçirilməli olduğunu və onda depressiv manyakal sindromun əlamətləri olduğunu deyib. "Onun qardaşı Mahir Abdullayev, digər qardaşı, Mətanət İsgəndərli, Sevinc Babayevanın və Gülər Əhmədovanın öldürüləcəyi xəbərlərini yayması E.Abdullayevin depresiv sindromun olmasını göstərir. O adamın Facebook vasitəsilə iltizam verməsi buna bir daha sübutdur. Onun müsahibələrində məntiqi ardıcıllıq yoxdur. Bir tərəfdən ölkə rəhbərliyinə yalvarır, digər tərəfdən rəhbərliyini beynəlxalq məhkəməyə verəcəyini deyir. O, psixoloji ekspertizadan keçirilməlidir. Mən özüm bir psixoloq kimi bunları müşahidə edirəm və belə qənaətə gəlmişəm".

Dövlət ittihamçısı Abbasov Rəsul G.Əhmədovanın vəsatətlərinin əsassız olduğunu bildirib.

Daha sonra hakimlər müşavirə keçiriblər və ilkin baxışın qərarını açıqlayıblar. Bildirib ki, G.Əhmədovaya verilən həbs qətiimkan tədbirinin dəyişdirilməsi mümkün deyil. Amma vəsatət kimi qaldırılan şikayətçilərin, ekspertlərin və G.Əhmədovanın dirilməsi mümkündür.
Məhkəmə vəkillərin dünən qaldırdıqları bu vəsatətlər qəbul edilib.


Xatırladaq ki, ötən gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apelyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

G.Əhmədovanın vəkillər ümumilikdə 8 vəsatət qaldırıblar. Bunlar ekspert və müstəntiqin yenidən dindirilməsi. Sevins Babayeva ilə Tavad Şirinova arasında mesajların təhqiqi "Seva danış" videosunun yenidən təhqiqinin, Gülər Əhmədovanın yenidən ifadə verməsinin, Elşad Abdullayevin dindirilməsi haqda qərar verilməsi, Sevinc Bqabayevanın istintaqa verdiyi ifadəsinin məhkəmədə elan olunması vəsatətlərini qaldırıblar. Dövlət ittihamçısı qaldırılan vəsatətləri əsassız sayıb.

Qeyd edək ki, aprelin 1-də keçirilən məhkəmə prosesində sabiq deputatın kassasiya şikayəti qismən təmin olunmuşdu. Qərara əsasən, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq ekspertlər və şahidlər yenidən dindiriləcək.

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar