Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı, Məşədi, Kərbəlayı adları qadağandır

2010-cu ildə qəbul edilən qərara əsasən, dünyaya gələn uşaqlara yeni qaydada adlar qoyulmalıdır


 Bu qaydalara əməl etməyən qeydiyyat şöbələri cəzalandırılacaq.

PİA.AZ bildirir ki, bunu azvision.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası sədr müavini Sayalı Sadıqova deyib. 

AMEA rəsmisi bildirib ki, 2010-cu ildən sonra dünyaya gələn uşaqlara soyadlar "ov", "yev"-lə yox, "lı", "li", "lu", "lü", "gil", "zadə" ilə qoyulmalıdır.

Milli Məclisə bununla bağlı təkliflər verildiyini deyən S.Sadıqova müvafiq qərarın qəbul olanacağını vurğulayıb.

"Hazırda bu istiqamətdə işlər gedir. Məsələ Milli Məclisin gündəmindədir. Qərar 2010-cu ildən sonra dünyaya gələn uşaqlara aiddir. Buna baxmayaraq yeni doğulan uşaqlara köhnə soyadların qoyulması müşahidə olunur. Bu da qeydiyyat idarələrinin öz işini düzgün qurmamasından irəli gəlir. Bununla bağlı qeydiyyat şöbələrinə Terminologiya Komissiyasının qərarı verilib. Məsələ ilə bağlı monitorinq aparılacaq. Monitorinqlər nəticəsində qayda pozuntusu edən qeydiyyat şöbələrinə cəza tədbirləri görüləcək".

Mürəkkəb adlarla bağlı məsələyə toxunan Səyalı Sadıqova qeyd edib ki, Azərbaycanda seyid nəslinin nümayəndəsinin göstəricisi olan "Mir" sözündən başqa digər mürəkkəb adlar qadağan olunub. 

Komissiyanın sədr müavini qeyd edib ki, yalnız seyid nəslindən olanlar yeni doğulan uşaqlara verilən adların əvvəlində "Mir" sözünü əlavə edə bilərlər.

"Bəzi adlar var ki, onların əvvəlində "Hacı", "Əfəndi", "Məşədi", "Kərbəlayı" sözləri var. Azərbaycanda bu adlar qadağan olunub. Yalnız "Mir" sözü saxlanılıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar