Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı çimərliklərə getmək olmaz - Video


Yay fəslində ən çox üz tutulan çimərliklərdə də yoxlamalara start verilib. Artıq dəniz suyundan nümunələrin götürülməsi işləri tamamlanıb. Tezliklə nəticələr ictimaiyyətə açıqlanacaq


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) çimərlik mövsümü ilə əlaqədar dəniz suyundan nümunələrin götürülməsini başa çatdırıb.

Mərkəz Fövqaladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə dəniz sahillərnidə yerləşən müxtəlif çimərliklərdə monitorinqlər keçirib. Hazırda götürülən su nümunələrinin fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir.
“Ötən il Qaradağ və Şıx çimərliyində vətəndaşların çimməsi məqsədə uyğun sayılmamışdı. Çünki sözügedən ərazidən götürülmüş su nümunələri nəticəsində məlum olmuşdu ki, bağırsaq çöpləri normadan artıqdır. Bu ildə belə olsa, bunu elan edəcəyik” - deyə GEM-nin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Avropa Oyunları çimərlik mövsümünə təsadüf etdiyindən yoxlamalara diqqət daha da artırılıb. Çimərliklərdə sanitar gigiyenik vəziyyət yoxlanılıb. Sahibkarlara müvafiq tapşırıqlar verilib.

Avropa Oyunları ərəfəsində FHN tərəfindən də çimərliklərdə mütəmadi tədbirlər həyata keçirilir. 8 min məlumatlandırıcı plakat və broşurlar hazırlanıb. Bunlar xarici qonaqların və turistlərin olacağı obyektlərlə bərabər yerli insanlara da paylanacaq.
FHN-in rəsmisi Cavanşir Həşimov qeyd edib ki, hazırlanmış maarifləndirici lövhələr sahil boyu quraşdırılıb.

I Avropa Oyunları ilə bağlı maarifləndirici lövhələr beynəlxalq işarələrlə Azərbaycan və ingilis dillərində yazılmış mətnlərlə hazırlanıb. Çimərlik mövsümünün başlamasına qədər həmin lövhələr təyinatı üzrə su hövzələrinin kənarında quraşdırılacaq.

Qeyd edək ki, ölkədə çimərlik mövsümü iyun ayının 15-də başlayır.(Ans Tv)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar