Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hekayəsizlik dərdi - köşə



Cəmiyyətdə əgər bir qrup insana məhəl qoyulmursa, onlarla söhbətin, vaxt keçirməyin qarşı tərəf üçün maraqsız olduğu nümayiş etdirilirsə o zaman həmin qrup da özünü izolyasiya edir


Bu daha kiçik miqyasda baş verən insani münasibətlər üçün də xarakterikdir. Məsələn, bir adam başqa biri tərəfindən sevilmədiyini hiss edən kimi ondan uzaqlaşmağa çalışır, onunla əlaqəni minumuma endirir.

Rasizmin, irqçiliyin ən dəhşətli fəsadlarını görmüş bir coğrafiya olan Avropada belə, toplum tərəfindən qorxu, nifrət və ya bu tip başqa səbəb olmadan dışlanan insanlar var - qıyıqgözlər. Heç kim onlarla danışmır, onlara fikir vermir, hardan olduqları, buraya nə üçün gəldiklərini soruşmur. Qıyıqgöz bir nəfər əksər avropalının gözündə, belə demək mümkünsə, "Çin istehsalı olan insan"dır. 

Nəticədə artıq onlar da cəmiyyətin bu davranışını görüb vəziyyəti qəbul etmiş bir şəkildə yaşayırlar. Ancaq bir-biriləri ilə görüşürlər, ayrıca restoranlara gedirlər, münasibət qurduqları qadınlar və kişilər ancaq özlərindən olur. Bəziləri bir az da dirənib özünə yer eləməyə, avropalılara qarışmağa çalışsa da bir neçə cəhddən sonra öz dostlarının yanına qayıdır. Mən hələ qıyıqgözlü bir kişi və sarısaç avropalı qadından ibarət cütlük görməmişəm. Əlbəttə, hardasa var, amma bu hal mövcud halın nadir istisnasıdır. Eyni şəkildə qıyıqgöz qadınlar da burdakı kişilərə maraqlı deyil. Xülasə Avropa onları unudub, onlar da Avropanı, asiyalılar sadəcə cismən burdadırlar. 

Hekayəsiz bir millət olmaq, xarakterik olmamaq böyük dərddir. Paralel olaraq qaradərililər haqqında düşünsək görərik ki, qaradərili bir tipin hekayəsi qıyıqgözdən daha güclüdür. O insanın yadına nələrisə sala bilir. Gücün, qüvvənin simvolu olmaq, ən pis halda rep və s. Amma qıyıqgöz.. onun işi çətindir.

Əslində bu problem görünüş cəhətdən olmasa da, bizdə də var. Adımız, dövlətimiz, bayrağımız var, amma hekayəsizik. Azərbaycanlı heç nəyi ifadə etmir, kart vizitimiz yoxdur. Gürcünün var, erməninin var, amma bizim yoxdur. Çünki maraqlı hekayəni yaratmaq, ölkə haqqında gözəl təəssürat yaratmaq azadlıq tələb edir. Xalça ilə, narşərabla yaradılanlar gəldi-gedərdir, pul qurtarandan sonra onlar dayanacaq. Azadlıq olduğu təqdirdə isə həm hekayəmiz formalaşacaq, həm də onu rahat şəkildə dünyaya təqdim edə biləcəyik. 
Berlində bir gürcü jurnalistlə Qurban Səidin "Əli və Nino" romanı haqqında danışırdıq. Roman dünyada çox məşhurdur və çox sevilir. Qız məndən soruşdu ki, niyə indiyə qədər "Əli və Nino"ya aid bir film çəkilməyib? Azərbaycan niyə bu məsələyə diqqət ayırmayıb? Mən də izah elədim ki, Azərbaycanda hakimiyyət həmin kitabda qeyd olunan dövrü, yəni ADR dövrünü ümumiyyətlə tarixdən silib atmağın tərəfdarıdır, nəinki o dövrə aid bir film çəkməyin. 

Film ideyası mənim ağlıma çoxdan gəlib. Bu filmi çəkmək üçün dünyadakı ən yaxşı rejissorları, ən məşhur aktyorları toplamaq sağa-sola milyonlar xərcləyən bir dövlət üçün çox asan işdir. Onu da qeyd eləyim ki, ortaya çox gözəl bir iş çıxartmaq olar. Amma bu filmin çəkilməsində bunu etməyə qadir olanlar heç də maraqlı deyil. Çünki demokratik respublikanın uğrunda Gəncə qiyamına qoşulmuş Əli obrazı çox təhlükəlidir. Ümumiyyətlə, içində Fətəli xan Xoyskinin də olduğu bir romandan film çəkməzlər. Azərbaycanlıya belə bir uğurlu dövrə imza atmış xalq olduğunu xatırlatmaq olmaz. O hər zaman özünü alverçi kimi təsəvvür etməli, hər şeydə mənfəət axtarmalıdır. "Kurtlar Vadisi”ndə adlı səfsələk serialda "Bu azeriler parayı çok seviyor" cümləsindən ləzzət aparmalıdır. 
Bəli, beləcə hekayəsizik. Yaxşı ki, təbiət bizə qarşı insaflı davranaraq bizi qıyıqgöz eləməyib, yoxsa burada işimiz daha çətin olardı. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar