Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev BP-nin Direktorlar Şurası sədrini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberqin başçılıq etdiyi və BP Qrupun baş icraçı direktoru Bob Dadlinin də daxil olduğu Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib


BP-nin Direktorlar Şurasının Azərbaycanda toplanmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bunun rəmzi məna daşıdığını vurğuladı. 

Prezident İlham Əliyev 20 ildən artıq davam edən BP-Azərbaycan əməkdaşlığı nəticəsində çox əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini dedi. Dövlətimizin başçısı ötən dövr ərzində BP-Azərbaycan əməkdaşlığının inkişaf dinamikasını məmnunluqla xatırlayaraq bu illəri ölkəmizin iqtisadi inkişaf dövrü kimi xarakterizə etdi. Azərbaycanın müasir, inkişaf etməkdə olan ölkəyə çevrilməsindən qürur duyduğunu bildirən Prezident İlham Əliyev əldə olunan bütün bu nailiyyətlərin enerji sektoruna yatırılan böyük həcmli sərmayələr sayəsində mümkün olduğunu dedi. O vaxtdan başlayaraq Azərbaycanda hasilat, kəşfiyyat, nəqletmə və digər sahələrdə çox mühüm layihələrin icra olunduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hazırda təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan enerji layihəsini həyata keçirmək ərəfəsində olduğunu da bildirdi. Enerji təhlükəsizliyi və şaxələndirmə baxımından “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu layihənin bir çox ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcəyini dedi. Azərbaycan ilə əməkdaşlığa sadiq qaldığına görə BP şirkətinə təşəkkürünü bildirən dövlətimizin başçısı şirkətin ölkəmizdə Azərbaycan Dövlət Neft Şirkəti kimi etibarlı tərəfdaşı olmasının önəmini də qeyd etdi. Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında əməkdaşlığın artıq 22 ildir ki, davam etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın gələcək illərdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkəmizə ilk dəfə səfər edən nümayəndə heyəti üzvlərinin Azərbaycan ilə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaratdığını dedi.
 
BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberq ölkəmizə səfərindən ötən dövr ərzində böyük dəyişikliklərin şahidi olduğunu, paytaxtımızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Azərbaycanın “Eurovision”, Avropa Oyunları və Formula 1 kimi möhtəşəm beynəlxalq yarışlara ev sahibliyi etməsinin önəmini vurğulayan Karl-Henrik Svanberq bildirdi ki, ölkəmizdə əldə olunan bütün bu nailiyyətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Müqaviləsi” kimi tarixə düşən kontraktın imzalanması ilə qoyuldu. Azərbaycan ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edən BP-nin Direktorlar Şurasının sədri tərəfdaşlığımızın ötən dövr ərzində çox güclü olduğunu dedi və regionun inkişaf ilə bağlı layihələrdə iştirak etmələrindən qürur duyduqlarını vurğuladı. “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrinin əhəmiyyətinə toxunan qonaq bu layihələrin BP-Azərbaycan əməkdaşlığının uzunmüddətli olması işinə xidmət edəcəyini bildirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar