Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş deputatın oğlu polis idarəsində döyülüb?


Müsavat Partiyası sabiq deputat İkram İsrafilin oğlu ilə bağlı bəyanat yayıb


PİA.AZ-a daxil olan bəyanatda qeyd olunur ki, Müsavat Partiyasının fəal üzvlərinə qarşı həbs təhlükəsi, təqib və təhdidlər davam etməkdədir. Müsavat Partiyasının başqan müavinləri Tofiq Yaqublu, Yadigar Sadiqov, Fərəc Kərimli və Sirac Kərimli qardaslarının qanunsuz həbsindən sonra, indi də partiyanın mətbuat xidmətinin əməkdaşı, gənc fəal İsrayıl İsrafilə və ailəsinə qarşı təhdidlər davam etməkdədir. İsrayıl İsrafil Müsavat Partiyasında və sosial şəbəkələrdəki aktiv fəaliyyətinə, 2013-cü il Prezident seçkilərində Cəmil Həsənlinin təbliğatındakı fəallıgına görə dəfələrlə təqib və təhdid olunub.

Partiya bildirir ki, son olaraq “N!DA”çı gənclərin məhkəməsindəki etiraz aksiyasında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb, təhqir olunub və döyülüb, siyasi fəaliyyətindən əl çəkməyəcəyi təqdirdə həbs olunacağı barədə təhdid edilib. İsrayıl İsrafil müsavatçı olduğuna görə oxuduğu universitetdə də təqib olunub, imtahana buraxılmayıb. Bu gün də İ.İsrafilə qarşı təqib və təhlükə davam etməkdədir.

Müsavat Partiyası gənc fəal İsrayıl İsrafilə qarşı təqiblərə son qoyulmasını tələb edib.

İ.İsrafil Müsavat Partiyası Məclisinin və Divanının üzvü, sabiq millət vəkili İkram İsrafilin oğludur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar