Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreditlərdən xilas olmağın asan yolu



Könül Cəfərli yazır


Hamı hər kəsdən, hər şeydən narazıdır. Qaynana gəlindən, gəlin ərdən, ər baldızdan, baldız qonşudan, qonşu kürəkəndən, kürəkən müdirdən, müdir işçidən, işçi maaşdan...
 
Beləcə siyahını istədiyiniz qədər uzada bilərsiniz. Kütləvi narazılıq baş alıb gedir. Niyə? Çox səbəbləri var. Biri də odur ki, heç kimi və heç nəyi olduğu kimi qəbul edə bilmirik. Məsələn, kasıbçılığımızla barışmırıq. Dəridən-qabıqdan çıxıb borcu-borca, maaşı kreditə bağlayıb mütləq qonşunun telefonundan, ayaqqabısından almalıyıq. Təki bizə “kasıb” deməsinlər. Yoxsul olmağımızı gizlətməyə çalışırıq, hətta bundan utanırıq. Çox narazılıqların, problemlərin kökündə bu dayanır.
 
500 manat maaş alan kəs niyə hər ay 70 manatını telefon krediti ödəsin? Kasıbçılığın belə yollarla ört-basdır edilməsi vizual “imkanlı” görüntüsü yaratsa da, sonda əziyyət çəkən yenə biz oluruq. Yalançı “zənginliyin” ziyanı ağır olur. Artan borc-kredit ailə büdcəsini viran edir. Maliyyə böhranı münasibətləri, ondan əvvəl isə əsəbləri korlayır.
 
Kasıbçılığın üzünü borcla suvamağa çalışırıq. Bunun nəticəsidir ki, son illər camaatın dərdinin üstünə bir dərdə də əlavə olunub: kredit bəlası. Hamı bankdan dad deyir. Xüsusən də maaş günləri kredit qurbanlarının naləsi göyə çıxır. Kimi özünə söyür, kimisi banka qarğıyır. Hərə bir cür qəzəbini yağdırır.  
 
Kredit həm də yoluxucu bəladır. Bir evə ayaq açdısa, qurtardı. Gözünü açırsan ki, ailədəki 5 nəfərin hərəsi bir banka borcludur. Vaxt var idi, camaat maaş aldığı günləri bayram edərdi. İndi iş elə gətirib ki, adamlar maaş günləri də sevinə bilmir. Ələ aldıqları pula isinmədən paralar banka uçur. Heç cibə qoymağa da fürsət qalmır. Əziyyət çəkib qazandığın pul əl boyda çekə dönür. Evə ancaq bankın ödəniş kağızı gedib çıxır. Kredit bəlası beləcə, camaatın gününü qara edir.
 
Kredit insanları tədricən tora salır. Hekayə çox zaman telefon, yaxud da kompüterlə başlayır. Sonra pal-paltar, ərzaq məhsulları, restoranda yeyib-içmək və s. ilə davam edir. Yeni istifadəçilər üçün ilk başda kredit kartları maraqlı və cazibəli görünür. Niyəsini bilmirəm, amma adamlar var ki, cibində nəqd pulu olduğu halda yenə də kredit kartından ödəniş edir. Başlanğıcda fikirləşirsən ki, ayda 50 manat krediti ödəməyə nə var? Beləcə həvəsə düşüb, hər önünə çıxanı alırsan. Birdə oyanırsan ki, məbləğ şişib, altında əzilirsən. 50-60 manatla başlayan kredit məbləği bir neçə ayın içində 150-200 manata çatır. Sələm kimidir, vaxt uzandıqca batırsan. Di işlə, ödə!
 
Kartlar həm də şirnikdirir. Təsəvvür edin ki, sizin olmayan bir pulu xərcləyirsiniz. Məsələn, mağazadasınız və 30 manatlıq çantanı rahat bir şəkildə, nəğd ala bilərsiniz. Amma gözünüz vitrindəki 150 manatlıq çantaya sataşır. Tərəddüd etsəniz də, sonra cibinizdəki kredit kartı qazanır. Beləcə, bir anın içində hanısa banka 6 aylıq borclanırsınız. Hamı özünü ən yaxşısına layiq bilir. Amma gərək reallıqdan uzaq düşməyəsən. Əşya nədir ki, ondan örtü kiməsə, yaxud da harasa borclu qalasan? Öz pulumuzla kasıb geyinmək, bankın borcu ilə varlı görünməkdən daha şərəflidir.  
 
Borc almaq ayıb iş deyil. Məsələn, dərman almağa, əməliyyat olunmağa pul yoxdursa və s. borc almaq olar. Yəni söhbət zəruri ehtiyaclardan gedir. Amma çoxluq kredit kartlarından qonşu ilə yarışmaq, varlı dost-tanışı ilə ayaqlaşmaq üçün istifadə edir.
 
Bu qədər kredit sıxıntısına düşmədən, daha rahat yaşaya bilərik. Bunun isə çox sadə bir yolu var: kasıb olduğumuzu qəbul etmək. O zaman heç kimə varlı görünmək kimi dərdimiz də olmayacaq. Büdcəyə uyğun alış-veriş edəcəyik, kredit kartlarına ehtiyac qalmayacaq. Siz də bir sınayın, həyatınız o qədər asanlaşacaq ki!
 
Kasıbçılıqla barışmaq lazımdır. Yoxsul olmaq utanılası hal deyil, sosial vəziyyətdir. Az qala kasıb sözünü söyüş kimi qəbul edənlər də var. Mənə görə, təhsilsiz, savadsız, mərhəməti və vicdanı olmayan kəslər yoxsuldur. Əslində pulsuz da varlı olmaq mümkündür. Baxır kim zənginliyi nədə görür. Özünü mənəvi cəhətdən tamamlayan insanlar üçün geyim-keçim əhəmiyyətini itirir. Əksərən natamamlıq kompleksi olan şəxslər özlərini madiyyatla tamamlamağa çalışırlar. Onları da başa düşmək olar. Amma əgər buna büdcələri imkan verirsə.
 
Kredit isə xilas yolu deyil, batdıqca içinə çəkən bataqlıqdır. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar