Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Putinlə eyni tədbirdə - Fotolar


Dünən Kreml Sarayında Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) (MDBMİ) 70 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib


AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ-nin Azərbaycan Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva tədbirdə iştirak edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın MDBMİ məzunlarından ibarət mötəbər nümayəndə heyəti də Kreml Sarayında olub.

Təbrik nitqi ilə Forum iştirakçılarına müraciət edən Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, dünyada münaqişə potensialının artdığı, köhnə ziddiyyətlərin kəskinləşdiyi, yeni böhranların yarandığı bir vaxtda MDBMİ məzunları bu ali təhsil ocağında öyrətdikləri kimi, öz işini mükəmməl bilərək, savadlı, səmərəli və ləyaqətlə fəaliyyət göstərirlər.

Universitetin rektoru Anatoli Torkunov vurğulayıb ki, Forum 2013-cü ildə Bakıda başlanan ənənənin davamıdır. O vaxt Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə MDBMİ məzunlarının birinci Forumu keçirildi. Rektor Forum iştirakçılarına universitetin son illərdə qazandığı uğurlardan - yeni müasir tədris korpusunun açılmasından, yeni fakültə və kafedraların yaradılmasından, MDBMİ Məzunları Assosiasiyasının və İnkişaf Fondunun fəaliyyətinin modernləşdirilməsindən söz açıb.

Rəsmi hissədən sonra Rusiya və xarici estrada ulduzlarının iştirakı ilə qala-konsert olub. MDBMİ-nin yaradılması və inkişafı tarixini əks etdirən film nümayiş etdirilib.

Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və Rusiyanın digər tanınmış siyasi və ictimai xadimləri təntənəli gecənin qonaqları arasında olublar







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Ən çox oxunanalar