Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunus Bakı İstintaq Təcridxanasına qaytarılacaq


Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunusun Bakı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına köçürülməsi müvəqqəti xarakter daşıyır, o, yenidən Bakı İstintaq Təcridxanasına qaytarılacaq.


Bunu “Media forum” saytına vəkil Xalid Bağırov deyib.

Xalid Bağırov bildirib ki, Leyla Yunusun MTN təcridxanasına aparılması istintaq hərəkətləri ilə bağlı olub. 

Vəkilin sözlərinə görə, həmin istintaq hərəkətləri oktyabrın 21-də başa çatıb, bu səbəbdən Leyla Yunus yenidən Bakı İstintaq Təcridxanasına qaytarılacaq. Amma vəkil bunun nə vaxt reallaşacağını dəqiq bilmədiyini söyləyib. Xatırladaq ki, Leyla Yunus iyulun 30-da həbs edilib. 

Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Arif Yunus tutulandan MTN təcridxanasında saxlanır. Leyla Yunus isə oktyabrın 20-də MTN-in İstintaq Təcridxanasına aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar