Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Libermanın gözlənilən Bakı səfərinin təfərrüatları


Yevda Abramov: “Bu səfərin İranla nə əlaqəsi ola bilər?”


İsrailin xarici işlər naziri Aviqdor Liberman yaxın günlərdə Bakıya rəsmi səfər edəcək. Virtualaz.org saytının xəbərinə görə, bu barədə İsrail Xarici İşlər Nazirliyindəki (XIN) yüksək rütbəli mənbə “Vestnik Kavkaza” portalı ilə əməkdaşlıq edən israilli jurnalist Petr Lyukimsona bildirib. Mənbə deyib ki, Liberman geniş tərkibli nümayəndə heyətinin müşayiəti ilə aprelin 30-da Bakıya yola düşəcək: “Əgər hansısa fövqəladə hadisə baş verməsə...”

İsrail XIN-in əməkdaşı bildirib ki, səfərin yekun proqramı hələ işlənilir, ancaq indidən məlumdur ki, Liberman Bakıda prezident İlham Əliyevlə və Azərbaycan dövlətinin rəhbərliyində yer alan digər şəxslərlə görüşəcək. Tərəflər İsraillə Azərbaycan arasında kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar, müdafiə sənayesi sahəsində əməkdaşlıq və iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması məsələlərini müzakirə edəcəklər.

Yada salaq ki, bir neçə gün öncə prezident İlham Əliyev İrana səfər etdi və iki ölkə arasında müxtəlif məsələlər müzakirə olundu. Səfər sonrası isə, İranın ali dini lideri Seyid Əli Xamneyinin nümayəndəsi Həsən Amaili mətbuata açıqlamasında bildirdi ki, Azərbaycanla münasibətlər o zaman inkişaf edə bilər ki, Azərbaycan İsraillə əməkdaşlığa son qoysun. Yəni yaranmış mənzərə onu göstərir ki, iki  ölkə arasında problemlər tam həll olunmayıb və İran Azərbaycanın müəyyən addımlar atmasını tələb edir. Belə bir məqamda Libermanın Azərbaycana səfərinin məqsədi nədir və bu səfər İranla münasibətdə hansı gərginliyi yarada bilər.

Politoloq Vəfa Quluzadə mətbuata bildirib ki, Libermanın səfərində əsasən Ukrayna məsələsi müzakirə olunacaq və İranın bundan qıcıqlanmağa haqqı yoxdur: “İlham Əliyevin İran səfərindən sonra səslənən fikirlər, İranın dini lideri və ya prezidenti tərəfindən olmayıb. Ancaq bu İranın arzusudur ki, Azərbaycan-İsrail əməkdaşlığı korlansın. Bu isə çox məntiqsiz arzudur. Əvvəla, Azərbaycanın İsraillə əlaqələri İrana qarşı yönəlməyib. Ancaq İranın Ermənistanla əlaqələri Azərbaycan qarşıdır və işğalçı dövləti dəstəkləməkdir. Ona görə İranın Azərbaycanın daxili işinə qarışmağa və belə tələblər irəli sürməyə haqqı yoxdur. Təbii ki, Liberman İlham Əliyevdən İran səfəri barədə soruşacaq və İlham Əliyev də nə cavab verəcəyini bilir. Ümumiyyətlə, İsrail Qərbin, ABŞ-ın müttəfiqidir. Bu səfərdə də müzakirə mövzusu əsasən Ukrayna olacaq”.

Bəzi ekspertlərə görə, regionda böyük bir gərginliyin olduğu məqamda Libermanın səfəri İranRusiyada müəyyən narazılıqlar yaradacaq. Xatırladaq ki, Liberman 2012-ci ilin aprelində Bakıya səfər edəndə də analoji rəylər yaranmışdı. O zaman Azərbaycanın İsraildən 1,6 milyard dollarlıq silah və texnika alması qonşu ölkələrdə qıcıq yaratmışdı. Məsələ ilə bağlı XİN-dən münasibət öyrənə bilmədik.

Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri  Yevda Abramov isə “Yeni Müsavat”a Libermanın Bakıya gələcəyini və bir sıra mühüm görüşlər keçirəcəyini təsdiqlədi: “Onun spikerlə, cənab prezidentlə, XİN rəhbəri ilə, həmçinin bizim qrupla və Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşü planlaşdırılır. Eyni zamanda cənab Liberman Bakıdakı hər iki yəhudi icmasının təmsilçiləri ilə bir araya gələcək”. Y.Abramov İsrail XİN başçısının Azərbaycana səfəri ilə prezident İlham Əliyevin İrana səfəri arasında əlaqə axtarılmasına da reaksiya verdi: “Mən bu iddiaları qəbul etmirəm. Bu səfərin prezidentin İran səfəri ilə qətiyyən əlaqəsi yoxdur. Mən bu səfərin olacağını hələ yanvarın axırlarından bilirdim. Sadəcə, ona görə indiyə qədər gəlmirdi ki, cənab Liberman XİN başçısı kimi təsdiq olunmamışdı. Bu səfərin İranla nə əlaqəsi ola bilər?”(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar