Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manat “üşüyür”, dollar “qızışır”...

Ekspertlər bildirirlər ki, manat davamlı olaraq dəyər itirir, dollar isə bahalaşır; Mərkəzi Bank prosesin qarşısını ala biləcəkmi?


Manat yenidən ucuzlaşmaqdadır. Mərkəzi Bankı 28 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb. 

Mərkəzi Bankdan verilən məlumata görə, iyunun 28-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5332 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi isə 1,6960 manat təşkil edir. 1 türk lirəsi 0,5234 manat, 1 rus rublu 0,0235 manatdır. Ekspertlər yaxın gələcək üçün manatın qiymətini fərqli proqnozlaşdırırlar. 

Ekspert Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a bildirib ki, manata təzyiqlər yaxın aylarda da artmaqda davam edəcək: “Hesab edirəm ki, manatın möhkəmlənməsi ilə bağlı Mərkəzi Bank və digər maliyyə qurumları tərəfindən nəzarətdə olması ilə bağlı verilən bəyanatlar daha çox manata qarşı olan psixoloji təzyiqin azalmasına istiqamətlənib. Lakin real göstəricilər onu deməyə əsas verir ki, hazırkı şəraitdə manata təzyiq artmaqdadır. Və iqtisadi durum, iqtisadi konyuktura göstərir ki, manata son bir-iki ay ərzində təzyiq artmaqda davam edir. Birincisi, respublikanın milli valyutasının formalaşmasında əsas göstərici, əsas şərt olaraq dünya bazarında neftin qiyməti götürülür. Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətlərinin hazırkı şəraitdə 50 dollara yaxın olması yaxın dövrdə manata təzyiqin artmasını müşahidə etməyə əsas verir. Hesab edirəm ki, ümumiyyətlə sonuncu baryer olaraq əgər Azərbaycan valyutasının möhkəmlənməsindən söhbət gedirsə, neftin qiyməti 70-80 dollar ətrafında olmasa, manata təzyiq davam edəcək. Mərkəzi Bankın rəhbərliyi bəyanat verdi ki, milli valyutanın möhkəmlənməsinə doğru işlər gedir. Amma digər tərəfdən, Mərkəzi Bankın verdiyi məlumata görə, birinci rübdə tədiyyə balansının göstəricilərinə görə, mənfi saldo müşahidə olunur. Neftin hesabına olan müsbət saldonu xidmət balansında kapital axını ilə bağlı proseslərdə mənfi saldo üstələyir. Ola bilər ki, Mərkəzi Bank Neft Fondunun hərraclarda iştirakı vasitəsilə müəyyən qədər bu prosesin qarşısını alsın. Ancaq bir az uzaq perspektivdə yenə də manata təzyiq artacaq. İlk növbədə onunla bağlıdır ki, neftin indiki qiymətləri manatın möhkəmlənməsinə kifayət etmir. Neftin qiymətlərinə gəldikdə isə aparıcı agentliklər bu ilin sonuna qədər qiymətin 70-80 dollar olacağını proqnozlaşdırmır. Bütün aparıcı agentliklərin proqnozlarında, həm Dünya Bankının, həm Beynəlxalq Valyuta Fondunun, həmçinin digər qurumların proqnozlarında bu il üçün neftin qiyməti ən çox 50-60 dollar arasındadır. Belə olan halda bizim milli valyutamız olan manata təzyiq artacaq. Manatın möhkəmlənməsindən danışmaq hələ tezdir”. 

Ekspert Vüqar Bayramovun sözlərinə görə, valyuta bazarımızda dolların möhkəmlənməsi üçün tam iqtisadi zəmin var: “Xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır. İndi hərraclarda dollara olan tələbin ən yaxşı halda 20 faizi ödənilir. Deməli, dollar almaq üçün verilən sifarışın böyük əksəriyyətini Mərkəzi Bank və Dövlət Neft Fondu təmin edə bilmir. Bu isə davamlı olaraq manatın dəyər itirməsinə səbəb olur. Hələlik Mərkəzi Bank öz xarici valyuta rezervlərini qorumaq üçün hərraca satıcı kimi qatılmaqda maraqlı görünmür. Amma bu uzun müddət davam edə bilməz. Dövlət Neft Fondunun 2016-cı ildə ümumi xərci 10 milyard 668 milyon manat olacaq. Fond büdcəyə 7 milyard 615 milyon manat transfer edəcək. Deməli, manatla olan öhdəliklərini nəzərə aldıqda fond il ərzində dollara olan tələbi tək və tam ödəyə bilməz. Mərkəzi Bank bütün hallarda yenidən öz valyuta ehtiyatlarını bazara çıxarmalıdır. Bu isə dollara olan tələbi ödəməyə yardım etsə də, rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq”. 

Ekspertin sözlərinə görə, mövcud tələb-təklifi və Mərkəzi Bankın manevr imkanlarını nəzərə aldıqda dollar valyuta bazarımızda möhkəmlənməkdə davam edəcək: “Hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir. Top dolların meydançasındadır və dollar bazarda dominatlığını qoruyub saxlamaqda davam edəcək. Deməli, dollar manata nisbətən dəyər qazanmaqda davam edəcək”. 

Ekspertlər bildirirlər ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə bazarlarına təsirsiz qalmayacaq. Deputat Vahid Əhmədovun sözlərinə görə, bundan sonra hər şey AB-nin gələcək işini necə quracağından asılıdır: “Əksər dövlətlər dollarla yanaşı, funt sterlinqlə də işləyirlər. Hazırda ingilis funtu 20 faiz ucuzlaşıb. Yəni bir çox ölkələrdə dönərli valyuta olduğundan son proseslər bu dövlətlərə ciddi mənfi təsir göstərəcək. Bu proses Böyük Britaniya ilə iqtisadi, ticari əlaqələri olan dövlətlərdən də yan keçməyəcək. Ümumiyyətə, AB-nin dövlət siyasəti primitiv olaraq qalacaq”.

 Deputat Böyük Britaniyanın AB-dən çıxmasının Azərbaycana təsirlərindən də danışıb: “Dövlət ehtiyatlarının 5 faizə yaxını funt sterlinqdə saxlanılır. Bu o anlama gəlir ki, Dövlət Neft Fondu ziyana düşə bilər. İkincisi, belə bir siyasi vəziyyətin yaranması manata təzyiqləri artıracaq. O ki qaldı Böyük Britaniya ilə Azərbaycanın ortaq iqtisadi, ticari əlaqələrinə, BP uzun müddətdir ölkədə fəaliyyət göstərir və bu istiqamətdə hər hansı dəyişikliklər gözlənilmir, yəni ciddi problemlər olmamalıdır. Ancaq ümumilikdə son proseslər iqtisadi vəziyyətə təsirsiz ötüşməyəcək”. (axar.az)

Qeyd edək ki, ölkədə bir sıra banklarda dollar qıtlığı yaşanmaqdadır. Artıq bir neçə bank dollar satışını tam dayandırıb. Bəziləri isə dolları limitlə satır. Ekspert Əkrəm Həsənov isə bildirib ki, manatın kəskin devalvasiyası qaçılmazdır: “Ümumən manatın kəskin devalvasiyası hər bir halda qaçılmazdır. Çünki Mərkəzi Bank onun məzənnəsini süni, manat həcmini sıxmaqla, dollar ehtiyatlarını azaltmaqla saxlayır. Bunun isə əvvəli-axırı var. Uzağı 1 ilə dollar azı 2 manatı vurub keçəcək, bəlkə də daha çox. Amma ola bilər ki, daha da tez olsun. Hər bir halda qlobal maliyyə böhranı şəraitində Azərbaycan kimi ölkələr zəif bənddir. Yaxın aylarda, bəlkə də daha da tez dollar 1,6 məzənnəsinə çata bilər. Britaniyanın Avropa Birliyindən ayrılması bizdəki prosesləri tezləşdirir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar