Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mansur Məmmədov Ziya Məmmədovun mal-mülkünə nəzarət edir



Vidadi İsgəndərli: “İcra başçısı Mansur Məmmədov Ziya Məmmədovun Göyçaydakı mal-mülkünə nəzarət edir və özünün də varidatını böyük iştahla artırmağa girişib”


Anar Məmmədov Şəmsəddin Hacıyevin əvəzinə Göyçaydan deputat seçiləcək?

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçay rayonunda baş verən proseslərlə bağlı danışıb. O, “Yeni Müsavat”a 11 min əhalisi olan rayonun iztirab, zülm, haqsızlıq, korrupsiya, zibillik, toz və natəmizliyin içində boğulduğunu açıqlayıb. Deyib ki, belə bir şəraitdə icra başçısının başı siyasi proseslərə qarışıb: “Əhali danışır ki, icra başçısı Mansur Məmmədov növbəti prezident seçkilərinə Abbas Abbasovun qatılacağını, Ziya Məmmədovun isə baş nazir olacağını deyib.

Üstəlik, qardaşının bu yaxınlarda Zərdaba icra başçısı təyin ediləcəyi, Ziya Məmmədovun oğlu Anar Məmmədovun Şəmsəddin Hacıyevin əvəzinə Göyçaydan deputat seçiləcəyi barədə məlumatlar yayır. Yaxşı, icra başçısı  hər yeri satır, bəs, Heydər Əliyev Muzeyini satmağına hansı səbəbdən reaksiya verilmir? Yoxsa Ziya Məmmədovun qohumlarına qanun şamil edilmir? Nədir 11 min nəfər göyçaylının günahı? Hansı səbəbdən Məmmədovlar toxunulmazdır?”

V.İsgəndərli bildirib ki, 7 il əvvəl nəqliyyat naziri Ziya Məmmədov xalası oğlunu rayona icra başçısı təyin etdirib: “2000-ci illərdə Rusiya bazarlarında pomidor və badımcan alveri edən Mansur Məmmədov Göyçaya icra başçısı təyin edildi. Ziya Məmmədovun əsas məqsədi Göyçayda olan 20-yə  yaxın obyektinə nəzarət etmək idi. Onun Göyçayda 3 zavod, 8 hektar sahədə balıq gölü, Potu kəndində hər birinin dəyəri milyonlarla ölçülən 2  villası, helikopter meydançası, Qaraməryəm kəndində ipək yolunda istifadə olunan və təbiətin bu millətə bəxş etdiyi tükənməz çınqıl dağı, Hüngütlü kəndində dəyərləri milyonlarla ölçülən 2 ədəd göllə əhatə edilmiş villaları var. Mansur Məmmədov Ziya Məmmədovun Göyçaydakı mal-mülkünə nəzarət edir və özünün də varidatını böyük iştahla artırmağa girişib. İcra başçısı olduğu müddətdə Heydər Əliyev Fondunun himayəsində olan valideynsiz uşaqların məktəbinin 1 hektar bağ sahəsini sotu 10 min manatdan imkanlı adamlara satdı. Bu gün həmin yerdə Milli Məclisin deputatı Elxan Süleymanova məxsus 7 market var. Bu azmış kimi, Nizami küçəsində məktəblilərin istifadə etdikləri səkiləri, təhsil şöbəsinin binasını da satdı. Sonra rayonda pulyığan kimi tanınan Ruslan Əlizadənin qohumlarının adına Statistika İdarəsinin binasını özəlləşdirdi. Orada ”Şərab dünyası" marketini açdı. Mansur Məmmədov nəinki xalqa qarşı, hətta qulluq etdiyi quruluşa da xəyanət edir". 



V.İsgəndərli deyib ki, icra başçısı 2013-cü ildə Heydər Əliyev Muzeyini ləğv edərək Göyçayın Tarix Muzeyini ora köçürdüb: “Tarix Muzeyini sökdürərək 4 mərtəbəli obyekt tikdirdi. Mansur Məmmədov ildə 4 dəfə istirahətə gedir. 2 dəfə Şimalı Qafqaz kurortlarına, 2 dəfə xarici ölkələrə. Onun Göyçayla gözü doymayıb, qonşu İsmayıllı rayonunun ərazisinə də keçib. Belə ki, İsmayıllı rayonunun Buynuz kəndində Ziya Məmmədov, Elton Məmmədov, deputat Elxan Süleymanovun villalarının yanında milyonlarla dəyərində villa tikdirib. Hər il ”Nar bayramı" adı altında imkanlı adamlardan, büdcə təşkilatlarından 100 min manatlarla vəsait yığır. 2010-cu ildə isə o, Heydər Əliyev Mərkəzinin tikintisi zamanı imkanlı adamlardan, büdcə təşkilatlarından, sadə insanlardan, kiçik sahibkarlardan, hətta xadimələrdən belə pul yığaraq 2 milyon manatı mənimsədi. Bələdiyyə pullarına da o hər il iş görmək adı altında sahib çıxır. Mansur Məmmədovun sonuncu “qəhrəmanlığı” isə bu yaxınlarda baş verib. Belə ki, o, Heydər Əliyev Muzeyinin bir hissəsini bir sahibkara market tikilməsi üçün 60 min manata satıb".

V.İsgəndərli deyib ki, icra başçısının yaratdığı dözülməz şəraitə görə son 7 ildə rayonu xeyli göyçaylı tərk edib.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar