Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıdan ölkə prezidentinə müraciət


Masallı rayon Xıl kənd sakini Abbasov Fərid Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.


PİA.AZ-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev cənablarına,
Masallı rayon Xıl kənd sakini Abbasov Fərid tərəfindən 

Ə R İ Z Ə 

Hörmətli cənab Prezident!

Ailə başçımız Abbasov Fəramiz Zeynal oğlu 24 yanvar 2011-ci ildən 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını 7 saylı CÇM-də çəkir.

Hörmətli cənab Prezident!

Biz atamızın həbsi və səbəbləri barədə heç nə demirik. Məhkəmə qərarı var və atamız öz cəzasını çəkir. Bildiyimiz qədərincə də, atamız həbsxanada daxili intizam qaydalarına əməl edir, rəhbərlik tərəfindən heç bir töhmət və əlavə cəzalar almayıb, həmişəki kimi Allaha ibadət edir.

Anasız böyüməyimizə, ailə başçımız olan atamızın həbsdə olmağına baxmayaraq, biz Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasəti dəstəkləyir, ölkədə aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndiririk və xalqın rifah halını yaxşılaşdırmaq üçün atdığınız addımlardan fərəhlənirik.

Bizim - anasız böyüyən, atasız yaşayan 11 övladın adından ölkə vətəndaşlarına həmişə mərhəmətli münasibət sərgiləyən Sizə müraciət etməkdə bir məqsədimiz var: ailə üzvümüzə toy etməyə hazırlaşırıq. Toyun vaxtı 3 iyun 2015-ci ilə təyin edilib. El-obanın bütün xeyir-şərində iştirak edən atamız  - seyid şəcərəsinin övladı, soyu peyğəmbər nəslinə gedib çıxan 10 nəvə babası Hacı Fəramizin öz övladının toyunda iştirak etməməsi hamımıza çox ağır gəlir. Sizə dərin inamımız bəsləyərək, göydə Allaha, Yerdə Sizə üz tuturuq: bizdən bu mərhəməti əsirgəməyin. Atamızın qısa müddətə də olsa, övladının toyunda iştirak etməsi üçün müvafiq göstərişi verməyinizi acizanə xahiş edirik.

İstəyimizin müsbət cavablandırılması kənd camaatıyla – kənd ağsaqqalaları ilə birgə Sizə sadiq və Sizi dəstəkləyən dövlət təşkilatlarının nümayəndələrinin də ürəyincə olar.

Bəri başdan Sizə dərin təşəkkürümüzü ifadə edirik, valideynlərinizin – Ulu Öndər, bugünkü Azərbaycanın memarı, dünya miqyaslı görkəmli ictimai-siyasi xadim Heydər Əliyevə, Azərbaycan oftalmologiya elminə tarixi töhfələri ilə tibb tarixində silinməz izlər qoyan görkəmli Azərbaycan xanımı Zərifə xanım Əliyevaya Allahdan rəhmət diləyirik, cənnətməkan olsunlar deyirik. 
Hörmətlə,

Masallı rayon Xıl kəndinin sakini Abbasov Fərid Hacı Fəramiz oğlu"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Ən çox oxunanalar