Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur aktyorun teatrdan getməsinin əsl səbəbi nədir?

Fuad Poladov son tamaşasını oynayacaq


Azərbaycanın görkəmli teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, xalq artisti Fuad Poladov səhnəni tərk edir. O, bu gün Akademik Milli Dram Teatrın səhnəsində  “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasındakı çıxışından sonra teatrı tərk edəcək. Artıq iki gündür ki, bu barədə aktyorun özü bir neçə mətbuat orqanına verdiyi açıqlamasında bildirib. Aktyor teatrdakı fəaliyyətini dayandırdığını, sonuncu tamaşa isə əvvəlcədən planlaşdırıldığı üçün oynayacağını vurğulayıb. 

AMDT isə rəsmi açıqlama yayaraq məşhur aktyorun teatrdan istefa verməsi haqqında yayılan məlumatları təkzib edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, F. Poladov hazırda teatrda fəaliyyətini davam etdirir:
“Oktyabrın 26-da xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrındakı işindən istefa verməsi haqqında məlumatlar ölkə mediasında müxtəlif müzakirələrə səbəb olub. Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb. Fuad Poladov teatrda hazırda fəaliyyətini davam etdirir. Xalq artisti İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi əsasında xalq artisti Azər Paşa Nemətin quruluşunda “Boy çiçəyi”, Ərşad Ələkbərovun quruluşunda “Müsyo İbrahim və Quran çiçəyi”, Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında Azər Paşa Nemətin quruluşunda “Şah Qacar” tamaşasında çıxış edir. Oktyabrın 28-də Fuad Poladov “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında çıxış edəcək. Bir daha xatırladırıq ki, hazırkı şəraitdə xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir”. 

Teatr xalq artistinin istefa ərizəsini yazmadığını bildirsə də, buna cavab olaraq Fuad Poladov bildirib ki, nə işə girəndə, nə də işdən çıxanda ərizə yazmır.

Məşhur aktyorun teatrdan getməsinin əsas səbəbi nədir?

Bir neçə gün öncə rejissor köməkçisi ilə dalaşdığına görə teatrın aktyoru Hikmət Rəhimovun işdən uzaqlaşdırıldığı bildirilirdi. Teatr bu məlumatı da təkzib etsə də, olayın üstündən bir neçə gün keçdikdən sonra Hikmət Rəhimov işdən çıxarıldığı  barədə sosial şəbəkədə status yazdı. Aktyor statusunda onu da qeyd edib ki, onun işdən çıxarılmasına etiraz olaraq məşhur aktyor Fuad Poladov da teatrı tərk edib:
“Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”. 

Xalq artisti Fuad Poladovun Azərbaycan teatr və kino mədəniyyətindəki misilsiz rolunu nəzərə alaraq bir çoxları onun teatrdan adi bir səbəbə görə getməsinə inanmır. Bəzi iddialara görə siyasi baxışlarına aktyora qarşı teatrda həmişə təzyiqlər olub. Sonuncu olay aktyorun birdəfəlik teatrdan getməsinə təkan verib. Hələ ötən il xalq artisti Ramiz Novruz “Yeni Müsavat”aaçıqlamasında bu məsələni qeyd etmişdi. Ramiz Novruzun sözlərinə görə Müsavat üzvü olduğuna görə Fuad Poladovu teatra qoymaq istəmirlər.

Aktyorun açıqlamasından sitat: 
“Bəzən şikayətlənirlər ki, vaxtilə Fuad Poladov Musavatda, Rüstəm İbrahimbəyovun  teatrında işləyib, indi niyə onu teatra götürüb maaş verirlər? Bu nə demək, nə danışmaqdır, siz adam tutdurmaq istəyirsiz? Sizin bu hərəkətiniz insanlığa sığmır. Sual verirəm ki, “məgər biz 1937-ci ildə yaşayırıq?!” Müğənni Əli Mirəliyev də aktyorun vaxtilə Müsavat Partiyasının üzvü olduğunu təsdiqləmişdi: 
“Zamanında mən, Ağacəbrayıl, Cavanşir Quliyev, Fuad Poladov, hamımız Müsavatda idik”.
Xatırladaq ki, 2013-cü ildə prezident seçkiləri ərəfəsində xalq artisti Fuad Poladov Cəmil Həsənlini dəstəkləyəcəyini bildirmişdi. Bəzi iddialara görə, məhz bundan sonra aktyora qarşı ciddi təzyiqlər başlanılıb. Hətta şayiələrə görə, AMDT-nin keçmiş direktoru İsrafil İsrafilovun zamanında aktyor təzyiqlər üzündən dəfələrlə teatrdan getməyi düşünüb.

Fuad Poladovun səs-küylü gedişi...

Buna baxmayaraq, sabiq direktor publika.az saytına açıqlamasında xalq artisti Fuad 
Poladovun işdən getməsinin teatra zərbə kimi dəyərləndirib:
 “Fuad Poladov bir teatr deyil, bütövlükdə Azərbaycan mədəniyyəti üçün xidmətləri olan sənətkardır. Barmaqla sayılacaq qədər az sənətkar var ki, onlardan biri Fuad Poladovdur. Onun kimi aktyora teatrda xüsusi şərait yaradılmalıydı. Çünki ikinci bir Fuad Poladov yoxdur. Fuad Poladov bu yaşda, bu şöhrətdə, bu səviyyədə teatrda fayda verəcək bir dönəmdə teatrdan getdi. Mən bu xəbəri eşidəndə təəssüf hissi keçirdim”. 

Aktyorun ana teatrı tərk etməsi ölkə ictimaiyyətinin ən nüfuzlu şəxsləri, mədəniyyət və incəsənət xadimlərini dilə gətirib. O cümlədən Türkiyədə yaşayan azərbaycanlı aktrisa, əməkdar artist Məlahət Abbasova aktyorun teatrdan getməsini alqışlayanları sərt şəkildə tənqid edib. O, sosial şəbəkə vasitəsi ilə xalq artistinə çağırış edərək yenidən teatra geri dönməsini xahiş edib:

"Fuad müəllim, o çox sevdiyiniz, illərlə əmək verdiyiniz teatrın, tamaşaların, tamaşaçıların sizə ehtiyacı var. Lütfən geri dönün, lütfən, bizi sizsiz qoymayın".

Teatrşünas Məryəm Əlizadə isə “Yeni Müsavat”a açıqlama verərək, aktyorun teatrdan getməsinə inanmadığını bildirdi:

 “Məsələ hələ dəqiq deyil, rəsmiləşməyib. Özü desə də rəsmi açıqlama bunu təsdiq etmir. Yalnız bundan sonra onun teatrdan getməsi ilə bağlı nəsə demək olar. Amma mən deyilənlərə inanmıram”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar