Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətbuat Şurasında İslam Həmrəyliyi Oyunları ilə bağlı konfrans keçirilib


Mətbuat Şurası (MŞ) Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəyliyi Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfrans təşkil edib


MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycan tolerant dövlətdir, ölkədə ayrı-ayrı dinlərə sitayiş edən insanlar bərabər şəkildə yaşayırlar.

Onun sözlərinə görə, Azərbaycanda islam bərqərar olduqdan sonra bu dəyərlərə xüsusi önəm verilib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, VII – VIII əsrlərdən Azərbaycanda islam dini yayılmağa başlanılıb: “İslam dini ilə bərabər, islam mədəniyyəti də Azərbaycanda təşəkkül tapıb. İslam mədəniyyətinə Azərbaycan mədəniyyəti töhfələrini verib. Əsrlər boyu Azərbaycanda tolerant, multikultural dəyərlər mövcud olub. Azərbaycanda islam dini daxilində məzhəblərarası şiddət meyli olmayıb. Bu, xalqımızın xoş niyyətinin göstəricisidir. Azərbaycandakı 2166 məsciddən 306-sı tarixi abidə kimi qorunur. Azərbaycan nümunəvi islam modelini ortaya qoya bilib”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, ölkə gənclərinin hərtərəfli fiziki inkişafı üçün lazımi şərait yaradılıb. Nazir müavini vurğulayıb ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında bütün ölkələrin hamısı iştirak edəcək: “Yarışlar I Avropa Oyunları zamanı istifadə edilmiş 16 idman obyektində baş tutacaq. İnanırıq ki, Azərbaycan idmançıları I Avropa Oyunlarında əldə etdiyi uğurları IV İslam Həmrəyliyi Oyunları zamanı yenidən təkrarlayacaq. Artıq 8 minə yaxın könüllü hazırlanıb”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edəcək.

Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarını keçirməsinə Azərbaycanın mənəvi haqqı çatır.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Ən çox oxunanalar