Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin komitə iclasında deputatlar arasında mübahisə düşdü


Azərbaycan Milli Məclisinin Reqional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputatlar arasında mübahisə düşüb


PİA.AZ xəbər verir ki, "Report"un xəbərinə görə, iclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsinin müzakirəsi zamanı Fəzail İbrahimli deyib ki, bu qanun layihəsi ətrafında suallar bilgisizlikdən ortaya çıxır:

 “Bu qanun layihəsi normal şəkildə hazırlanıb. Əgər oxusanız, görərsiniz ki, sualların cavabı burada əksini tapıb. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da əks etdirlib. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar”.

F.İbrahimlinin bu mövqeyi deputat Qənirə Paşayevanın etirazına səbəb olub. Qanun layihəsini tam oxuduğunu deyən deputat bəzi məqamlarla razılaşmadığını qeyd edib: “Qanun layihəsinin 17.2-ci maddəsindəki qeyd edilir ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu necə ola bilər. Hansısa bələdiyyə üzvü xəta törədibsə, burada nüfuz və peşəkarlıq nə rol oynaya bilər ki? Bu məqamla razı deyiləm. Qanun layihəsini də oxumuşam, qaranlıq məqamlarla bağlı da suallar vermişəm. Oxumağı da yaxşı bilirəm”.

F.İbrahimli isə deyib ki, qanun layihəsində o maddənin olmasını diqqətini çəkməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar