Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda bu həftə 7 tamaşa nümayiş olunacaq


Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 7 tamaşa nümayiş olunacaq


 Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, söhbət 25, 26, 27, 28, 29 may tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və “Baladadaşın toy hamamı” (Elçin) tamaşalarından gedir. 

Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Almaz Ələsgərli, Emma Məlikova, Svetlana Bulax, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Marina Litvenonko, Emil Heydərov, Ülviyyə Əliyeva, Nadejda Povelitsina, Elçin İmanov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Nigar Qarayeva, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov, Rahib Məmmədzadə, Nahid İsgəndərzadə və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 28 may tarixində saat 12.00-da V. Ulanovski və V. Orlovun “Qızıl cücə”, 29 may tarixində saat 12.00-da isə R. Ağayeva, A. Xayt və A. Kurlyanskinin “Bir dayan, canavar!” əsərləri rus dilində uşaqlar üçün nümayiş olunacaq. 
Dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqiləri, ölməz, məşhur mahnıları və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşasının premyerası da məhz bu həftə - 25-26 may tarixlərində saat 19.00-da baş tutacaq. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlovadır.

Azərbaycan Dövlət Musiqili Teatrı yekunlaşmaqda olan may ayını xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar