Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimovun yaxın qohumu özünü asdı - Yeniləndi



Müəmmalı intiharın pərdəarxası


Məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin yaxın qohumu intihar edib.

PİA.AZ  AzNews.az-a istinadən xəbər verir ki, Məzahir Cəfərov adlı həmin şəxs dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.

Məlumata görə, “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M. Cəfərov Hacı İbrahim Nehrəmlinin (həm də Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun-red.) yaxın silahdaşı olub, eyni zamanda qardaşı Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş.

Onun İbrahimov qardaşlarından birinin qaynı olduğu deyilir.

Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.

***

APA-nın məlumatına görə, intihar edən 1964-cü il təvəllüdlü Məzahir Cəfərovdur.

Yaxınları hadisənin ilkin səbəbi kimi M. Cəfərovun keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu göstərir.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli oldu

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Ən çox oxunanalar