Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nemtsovu “dərin dövlət”mi öldürtdü?



Bu qətlin izi məhz Putindən narazı gizli müxalifətə doğru aparır; Kreml istəsəydi, Nemtsovu ürək tutmasından öldürə bilməzdimi və ya tez-tez etdiyi xarici səfərlərin birində dənizdə “batırmazdımı” və ya...


Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı versiyalar içərisində sifarişçi qismində ən çox adı hallanan prezident Vladimir Putindir. Bunun ən əsas səbəbi Kremlin illərdir apardığı siyasətin nəticəsində “ərimiş və ələnmiş” Rusiya müxalifətçiləri sırasında Nemtsovun Putinə qarşı “silahı yerə qoymayan” bəlkə də yeganə şəxs olması idi.

Nemtsov xüsusilə Krımın ilhaqı və Ukraynada müharibə başladıqdan sonra Moskvada keçirilən aksiyalarda Putinə qarşı tənqidlərin dozasını artırmış və hətta bu çıxışlarda təhqirlərdən belə çəkinməmişdi. Bu səbəbdən də həm yaxın ətrafı, həm də Nemtsovun özü ölümünü gözləyirdi. Amma kimdən?  

Qərbin Moskvadakı səfirliklərinin qapısı hər zaman üzünə açıq olan Nemtsovun Putinə qarşı daha da sərtləşməsi məhz Ukrayna  hadisələrindən sonra qabarıq nəzərə çarpırdı. O, Putinin Rusiyanı fəlakətə sürüklədiyini, ölkənin iqtisadiyyatını ciddi zərbə altına qoyduğunu, slavyanlar arasında qardaş qırğını törətdiyini deyirdi. Məhz bu mövqeyi onu Putinin siyasətindən narazı olan “gizli müxalifəti”-sanksiyalarda milyardlar itirən, müflis olacaq həddə kasıblaşan, Rusiyanın gələcəyinin dumanlı olduğundan təlaşlanan, nəhayət, avtoritarizmin daha da gücləndiyi hakimiyyətdə mövqeləri zəifləyən oliqarxiya ilə yaxınlaşdırmışdı. Zənnimizcə, Nemtsovu killerin hədəfinə çevirən mövqeyinin məhz sistemdən narazıların da mövqeyi ilə üst-üstə düşməsi oldu. O, son aylar bir ovuc müxalifətin deyil, Rusiyanın taleyindən narahat olan, ölkəsinə yalnız pul kisəsi kimi baxmayan varlıların, elitanın-onların sırasında Kremlin siyasətindən narazı olan alimlər, yazıçılar, sənət adamları da kifayət qədərdi- fikirlərinin ifadəçisinə çevrilmişdi.

Onun cəsarəti  və kifayət qədər təmiz reputasiyasının olduğunu Putin özü də Nemtsovun anasına göndərdiyi teleqramda etiraf etməli oldu.  Martın 1-nə təyin edilən aksiyada Nemtsovun nələr deyəcəyi də aydın idi. Onun hədəfi yenə Putin olacaqdı. 

Bəs, Putinin indi hədəfi Nemtsov idimi?

Onun açıq həyat tərzi, qadınlara münasibəti bir müxalifət lideri  üçün bəlkə də mənfi hal idi. Putinə çox yaxın məmur korpusu çətin ki ona rəğbət bəsləyəydi. Amma Ukraynada savaş dayandırıldığı, Avropanın bir sıra ölkələrinin Rusiyaya qarşı sanksiyaları yumşaltmaq mesajlarının eşidildiyi bir vaxtda əsas  müxalifət liderinin Kremlin divarları yaxınlığında barbarcasına öldürülməsi Putinə lazım idimi?  

Bəzi yerli ekspertlər iddia edir ki, bəli, bu qətl Putinə lazım idi. Çünki ölkədə xalqın narazılıqları tədricən artırdı, müxalifət xaricdən gizli şəkildə aldığı maliyyə ilə yazqabağı dirçəlmək istəyirdi və sair. Üstəlik iddia da var ki, Kreml yuxarıda sadaladığımız yumşalma dövründə bu qətlin Putinə sərf etmədiyinə daha çox inanların olacağı üçün indi fürsət bilib. 



Amma  daha ciddi düşündükdə demək olar ki, bu qətlin məhz indi, məhz Kremlin divarları yaxınlığında, bu cür nümayişkarənə törədilməsi Putinə qarşı olanların sifarişinə daha çox oxşayır. 

Kreml istəsəydi, Nemtsovu ürək tutmasından öldürə bilməzdimi? Və ya tez-tez etdiyi xarici səfərlərin birində dənizdə “batırmazdımı?” Və ya Berezovski kimi boğazına könüllü “ip keçirməzdimi?” Texnologiyanın inkişaf etdiyi indiki dövrdə hətta məsafədən belə adamda infarkt yaratmaq mümkünsə, Putin Nemtsovu niyə bu cür cəzalandırıb özünü qana batırsın ki? “Xalqın və digər narazıların gözünü qorxutmaq  üçün” deyiriksə, bu da indilikdə Putinə gərək deyildi. Rəy sorğuları göstərir ki, narazılıqlara baxmayaraq, Putin yenə də ölkəsinin ən nüfuzlu lideri kimi zirvədə qalır. Bəs, nə? 



Yenə bu qətlin izi məhz Putindən narazı gizli müxalifətə, Rusiyanın “dərin dövləti”nə doğru aparır. Nemtsovu aradan götürməklə Putin nə qazandı? Primitiv bir misal gətirək. Rusiyada 200 qram araq vurandan sonra çox adam Putinə nifrətini açıq deyə bilər. Danışan bütün ağızları bu metodla yummaqmı olar? Amma Putinin nə itirdiyi son 48 saatda göz önündədir. Dünya Ukraynada kəsilən qana sevinməmiş  Putinin üzərinə yeni qan şıçradı(ldı). Həm də elə bir qan ki, bunu təmizləmək üçün killer(lər)i tapmaq da olar,  mühakimə etmək də. Amma dünya Putindən mümkünsüz olanı tələb edəcək: sifarişçinin özün olduğunu etiraf et! Krım və Ukrayna problemi qaldığı bir vaxtda, Putin niyə bir müxalifətçinin qətlini də yüklənsin ki? 
  
Bu səbəbləri göz önünə aldıqda bu qətlin Putinə müxalifət olanların törətdiyi ehtimalı daha çoxdur. Mümkündür ki, Nemtsovun qətlində məhz Kremlin siyasətindən narazı oliqarxiya daha çox maraqlı olub. Görünür, onların “ağzı ilə danışan” Nemtsovun öldürülməsi, sağ qalmasından daha çox lazım olub. Nemtsov bir müxalifətçi, prinsipial demokrat kimi Rusiya qarşısında son borcunu da verdi. Ölümü ilə...    



Nemtsov öldürüldükdən sonra Rusiyada aranın qarışacağını, inqilab olacağını heç kim proqnozlaşdırmırdı. Gözlənilən kimi də oldu. Müxalifət yalnız anım yürüşü ilə kifayətləndi. Amma bu qətldə maraqlı olanlar hədəfinə çatdı. Putinin dünyadakı mövqeyi indi bir demokratın ölümü ilə daha da laxladı, daha da  ləkələndi, onun haqda daha qorxulu rəvayətlərə yol açdı.  Putinin psixi vəziyyəti haqda indi çox yazırlar. Amma adam gərək özünə və hakimiyyətinə düşmən ola ki, bu qətlə fərman versin.

Nemtsovun öldürülməsi  Putin hakimiyyəti dövründə bir çox müəmmalı siyasi qətlləri də gündəmə gətirib. Fevralın 27-dən Putin hakimiyyəti üçün yeni dönəm başladı. Nemtsovsuz, amma daha çətin və amansız. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar