Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Olimpiya çempionu Olimpiadaya yollanmaqdan imtina edib


Rusiyalı sərbəst güləşçi Viktor Lebedev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib


PİA.AZ report-a istinadən bildirir ki, 28 yaşlı pəhləvan bir neçə gün öncə ölkə çempionatında baş vermiş qalmaqaldan sonra bu addımı atıb.

"Bir insan kimi mənə çox ağırdır. Hər şeyi dərindən fikirləşdim, götür-qoy etdim və belə qərar verdim. Bu, ləyaqət məsələsidir. Haqsızlığa dözə bilərəm. Amma həyasızcasına sürüyürlərsə, buna dözmək mümkün deyil. Çətin ki, Olimpiadaya gedim", - deyə V.Lebedev bildirib.

Yakutskda keçirilmiş Rusiya çempionatının 57 kq çəki dərəcəsi üzrə 1/4 final görüşündə o, dağıstanlı İsmayıl Musukayevlə qarşılaşıb. V.Lebedev hesab 2:0 Muskayevin xeyrinə olduğu vaxt rəqibini xalçadan kənara çıxarıb. Hakimlər bunu 2 balla qiymətləndiriblər. Nəticədə dağıstanlılar qərardan narazı qalıblar. İ.Musukayev əsəbi halda yakutiyalı güləşçini itələyib. İşə əvvəlcə məşqçilər, sonra OMON qarışıb.
Görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Əlavə göstəricilərə əsasən, hakimlər qələbəni V.Lebedevə veriblər. 3 saatlıq araşdırmalardan sonra onun qələbəsini qüvvədə saxlayıblar. Dağıstan yığması isə etiraz əlaməti olaraq, tam heyətlə çempionatdan çəkilib.
Final qarşılaşmasından sonra ilk pilləyə iki güləşçi - Lebedevlə buryatiyalı Aleksandr Boqomoyev qalxıb. Buryatiya komandasının nəticəyə yenidən baxılması tələbindən sonra hakimlər qızıl medalları 2 idmançıya verməyi qərara alıblar. V.Lebedev imtina etdiyi çəkidə Olimpiadada çıxış etməyə Hacımurad Rəşidov, Camal Otarsultanov və Aleksandr Boqomoyevin daha hazırlıqlı olduqlarını bildirib.

Qeyd edək ki, Viktor Lebedev karyerası ərzində 2 dəfə dünya çempionu, həmçinin "Bakı-2015" I Avropa Oyunlarının qalibi olub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində Azərbaycanı Avropa və ikiqat dünya çempionu Hacı Əliyev təmsil edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar