Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Penitensiar Xidmətin 142 əməkdaşı cəzalandırılıb


Müşavirədə bildirilib ki, 4 əməkdaş ədliyyə orqanlarından xaric edilib


Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2015-ci ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev müşavirəni açaraq, 03.02.2015-ci il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə keçirilmiş Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına həsr olunan geniş müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin artırılması üzrə tədbirlər gücləndirilib.

Penitensiar Xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov 2015-ci ilin ilk altı ayı ərzindəki fəaliyyət barədə hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövrü ərzində əməliyyat-axtarış tədbirləri nəticəsində 231 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilən və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 103 litr spirtli içki, 180 mobil telefon, 142 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbir görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.

Eyni zamanda, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb, 6 ay ərzində xidmətin kobud qanun pozuntularına yol verən 142 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 əməkdaş ədliyyə orqanlarından xaric edilib.

Müşavirəyə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev mövcud nöqsan və pozuntulara toxunaraq, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar