Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Sloveniya prezidenti Borut Pahor, Xorvatiya prezidenti Kolinda Qrabarı və Mozambik prezidenti Filipe Jasinto Nyusini ölkələrinin milli bayramı - Dövlətçilik Günü münasibəti ilə təbrik edib


Prezident İlham Əliyev Sloveniya prezidentinə ünvanladığı təbrikdə qeyd edib ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
 
Dövlət başçısı dost Sloveniya xalqına sülh və rifah arzulayıb.
 
Prezident İlham Əliyev Xorvatiya prezidentinə təbrikində Azərbaycan-Xorvatiya münasibətlərinin dinamik və hərtərəfli inkişaf yolunda olduğunu bildirib: “Ölkələrimizin strateji tərəfdaşlığı qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar açır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə etməklə dost xalqlarımızın rifahına töhfələr verəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm”.

Prezident İlham Əliyev Mozambik prezidenti Filipe Jasinto Nyusini də ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
 
Dövlət başçısı təbrik məktubunda ümidvar olduğunu bildirib ki, Azərbaycan-Mozambik əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.
 
Azərbaycan prezidenti Mozambik xalqına sülh və tərəqqi diləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar