Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlərin Fransa görüşü konkret nəticələr verə bilər


Ekspertlər dünyada baş verənlərin fonunda “Qarabağ sülhü”nün təməlinin qoyulacağını istisna etmirlər


Son günlər Azərbaycanın işğal altında olan ərazilərinin azad ediləcəyi ilə bağlı məsələ əsas müzakirə mövzusudur. Ermənistanın Avrasiya İttifaqına 7 rayonumuzu boşaltması müqabilində qəbul edildiyi də qeyri-rəsmi məlumatlar sırasındadır. Eyni zamanda MDB-nin Minskdə keçirilən sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistanın Aİ-yə Azərbaycanın irəli sürdüyü şərtlər qəbul edilməklə daxil edildiyini bildirib. 

Yəni qısa desək, Ermənistanın Aİ-yə Qarabağsız qəbul olunması şərti gerçəkləşib. Məhz bundan sonra belə məlumatlar ortaya çıxıb ki, Ermənistan yaxın zamanlarda 7 rayonu boşlatmağa başlayacaq. Ancaq bir məsələ də maraqlıdır ki, hələlik Dağlıq Qarabağın statusu müzakirə predmeti deyil...

Bununla belə, ekspertlər hesab edir ki, hazırda reallaşdırılan proses istənilən halda Azərbaycanın xeyrinədir və bu sürəc işğal altındakı bütün ərazilər azad edilənə qədər mərhələ ilə davam edəcək...

Hələ avqustun ortalarından - Azərbaycan, RusiyaErmənistan prezidentlərinin görüşündən sonra Qarabağla bağlı sülh danışıqlarının yeni mərhələsinin başlandığı bildirilirdi. Son baş verənlər də məhz bu yeni mərhələnin ola bilər ki, razılaşdırılmış detallarıdır. 

Sülh danışıqlarının yeni mərhələsinin konkret nəticələri isə oktyabrın 27-də baş tutacaq Azərbaycan, Fransa və Ermənistan prezidentlərinin görüşündən sonra bəlli olacağı qeyd edilir. Həm beynəlxalq təşkilatlar, həm vasitəçilər, həm də ekspertlər Fransa görüşünə böyük ümidlər bəsləyirlər. 

“Fransa AzərbaycanErmənistan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün lazımi mühitin hazırlanmasına çalışacaq”.

APA-nın  “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Erik Furnye (Eric Fournier) Ermənistanda səfərdə olarkən deyib.
E. Furnye bildirib ki, ErmənistanAzərbaycan prezidentlərinin qarşıdakı Paris görüşü oktyabrın ən prioritet mövzularından biridir: “Fransa prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə biz tərəflər arasında qarşılıqlı inam atmosferinin yaranmasına çalışacağıq ki, danışıqlarda irəliləyiş əldə etmək mümkün olsun”.

“Parisdə ”Qarabağ sülhü"nün təməli qoyulacaq. Ermənilər Rusiyanın vəziyyətini çox yaxşı bilirlər".

Bu sözləri isə axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə İlham Əliyev və Serj Sərkisyanın Paris görüşünü şərh edərkən söyləyib.

O, Rusiyanın çöküşündən sonra Qarabağ məsələsinin həll olunacağını bildirib:
“Fransadakı görüşün əhəmiyyətini başa düşmək üçün dünyadakı mövcud vəziyyəti anlamaq lazımdır. Bu dəqiqə Qərblə Rusiya arasında kəskin qarşıdurma gedir. Bunun nəticəsində isə Moskva çökməyə doğru addımlayır. Baxın, neftin qiyməti bu gün dörd dollar aşağı düşdü. Rusiyanın ”Qazprom"u zərbə altındadır. Onun müdafiə sənayesi də təhlükə ilə üzbəüzdür.

 Bu fonda İlham Əliyevin Sərkisyanla görüşü çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Qarabağın həlli Rusiyanın çöküşündən asılıdır. Rusiya çökməyib inkişaf etsə, bu məsələ həll olunmayacaq və bütün torpaqlarımızı itirəcəyik. Bu fonda Qərb Cənubi Qafqazda təşəbbüsü öz əlinə almaq fikrindədir. Əliyevlə Sərkisyanın Paris görüşü də buna hesablanıb. Ermənilər Rusiyanın vəziyyətini çox yaxşı bilirlər. Onlar anlayırlar ki, Moskva onların arxasında sona qədər dayana bilməyəcək. Üstəlik, son zamanlar Rusiya ilə Bakı arasında münasibətlər çox istiləşib. Səbəb isə Moskvanın zəifliyi və Azərbaycandan asılılığıdır. Parisdə Ermənistana mesaj veriləcək ki, müstəqilliyini əlinə al və qərar ver. Müstəqil qərar isə Cənubi Qafqazda sülhə nail olmaqdır. 

Sülh isə Ermənistanın milli maraqlarına uyğundur. İrəvan sülhün olmadığına görə çökür. Azərbaycana gəlincə isə o öz resurslarından istifadə edərək xeyli uğurlar əldə edib. Əgər Bakı bu sülhə nail olsa, bu inkişaf daha da artacaq. Qərb Azərbaycanın arxasında dayansa və Rusiyanın mənfi təsirlərindən bizi qoruya bilsə, o zaman bu sülhə nail olacaq. Doğrudur, Parisdə dərhal sülh əldə edilməyəcək, amma onun bünövrəsi Qərb tərəfindən qoyulacaq". 

Amma porlitoloq Mübariz Əhmədoğlunun məsələyə fərqli kontekstdən yanaşması da maraqlıdır. O deyir ki, Fransanın Dağlıq Qarabağ məsələsinə münasibətində mahiyyəti anlaşılmayan aktivliyi Ollandın təşəbbüsünü ümidsiz edir: “Qısa müddət ərzində beş qrup Fransa parlamentariləri Ermənistana gəlib və oradan da Dağlıq Qarabağa gediblər. Ermənistana gələn bütün fransız siyasətçilər Dağlıq Qarabağın ”müstəqilliyi", “demokratikliyi”, “baş tutmuş dövlət olması” barədə bəyanatlar veriblər". 

Politoloqun fikrincə, Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfər etmələrini və belə bəyanat vermələrini iki parametr anlaşılmaz edir: “Birincisi, Fransa prezidenti Fransua Olland ErmənistanAzərbaycan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədir. Onun regiona səfəri zamanı irəli sürdüyü təşəbbüs diqqətdən yayındırılsa da, sonradan geosiyasi maraqları ucbatından yenidən bu təşəbbüsü diriltdilər. 

F.Ollandın AzərbaycanErmənistan prezidentlərinin görüşü təşəbbüsünü neytrallaşdıran Ermənistan-ABŞ cütlüyü oldu. Çünki regionda olarkən Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı F.Ollandın verdiyi bəyanatlar Ermənistanı qane etmədi. Rəsmi Paris ”erməni soyqırımı" məsələsində Ermənistana, Dağlıq Qarabağ tənzimlənməsində isə Azərbaycana dəstək kursunu götürüb".

M.Əhmədoğlu vurğulayıb ki, F.Olland Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin tapdığı həlli düzgün həll hesab etmir və düzgün həlli tapmağı məsləhət bilir: “Bu barədə o, Ermənistanda olarkən açıq mətnlə bildirdi. Eləcə də F.Olland Dağlıq Qarabağ tənzimlənməsinə Gürcüstanı da qoşmaq istəyirdi. Kommunikasiya məsələsinə görə Gürcüstan Ermənistan üçün ən həyati vacib dövlətdir. 

Ollandın təşəbbüsü ilə prezidentlərin görüşünün hətta vaxtı bəlli olduğu zamanda Fransa parlamentarilərinin rəsmi Parisin bəlli mövqeyinin əleyhinə getməsi Fransa dövlətçiliyinin güclü olmadığının əlamətidir. Heç bir seçki və ya siyasi kompaniya naminə parlamentarilər rəsmi mövqenin bu qədər əleyhinə getməməlidir. İkinci parametr Ermənistan və Dağlıq Qarabağda ”müstəqillik ildönümləri"ndən sonra bu aktivliyin baş verməsidir. Fransız parlamentarilər 2 sentyabr ətrafında və ya 23 sentyabrdan əvvəl səfər edib bu tədbirlərdə iştirak etsəydilər, səfərlərin mahiyyətini müəyyən qədər anlamaq olardı".

Politoloq qeyd edib ki, Fransa parlamentarilərinin aktivləşən səfərində erməniləri, xüsusən Dağlıq Qarabağ ermənilərini ağıllandırmaq istiqamətində səyləri istisna edilmir: “Mətbuatda fransız parlamentarilərin adından verilmiş bəyanatların məsuliyyətini də erməni mətbuatının boynuna qoymaq olar. Amma 5 nümayəndə heyətinin səfəri ərzində Fransanın Ermənistandakı səfirliyi bir dəfə də olsun Fransa parlamentariləri adından erməni mətbuatında yayılan bəyanatların təkzibi verilməyib. Əksinə, Fransa parlament üzvü fransız şəhərlərindən biri ilə Şuşa şəhəri arasında əməkdaşlıq haqda müqavilə imzaladı”.

M.Əhmədoğlu hesab edir ki, Dağlıq Qarabağa gedən fransız parlamentarilərin, eləcə də ümumilikdə Ermənistana gələn fransız parlamentarilərinin fəaliyyəti Fransanın Ermənistandakı səfiri Anri Reno tərəfindən koordinasiya olunur: “O, fransalı qonaqların Ermənistandakı bütün görüşlərində iştirak edib. A.Reno fransız parlamentarilərin Cavaxetiya (Gürcüstan) ərazisindəki ermənilərlə görüşünü təşkil etdi. Bu, istər-istəməz Gürcüstan ərazisindəki erməni separatçıları ruhlandıran faktordur. Dağlıq Qarabağa gedən fransalılar A.Renonun icazəsi ilə gediblər. Qayıdanda da ilk təəssüratlarını A.Reno ilə bölüşürlər. Fransa prezidenti F.Ollandın Dağlıq Qarabağ tənzimlənməsinə münasibəti barədə yuxarıda bildirdik. Ən azı F.Olland Dağlıq Qarabağın müstəqilliyinin tərəfdarı deyil. Fransa Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın coğrafi ortasında yerləşən ərazisidir. Fransanın Azərbaycandakı səfiri Paskal Monye lap yaxınlarda bir daha bildirdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edir”.

Politoloq deyib ki, Fransa Xarici İşlər Nazirliyi baş verənlərə heç bir münasibət bildirməyib: “Erməni soyqırımı” kontekstindən Fransa -Türkiyə münasibətlərini ibrətli hesab etmək olar. Azərbaycan tərəfi Fransa ilə bütün əlaqələrinə yenidən baxa bilər. 

Fransa parlamentarilərinin və diplomatlarının davranışı Fransa prezidenti F.Ollandın təşəbbüsü ilə Dağlıq Qarabağ tənzimlənməsi üzrə AzərbaycanErmənistan görüşünün nəticəsizliyinin əlamətləridir".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar