Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələnin 2 milyonu yox imiş...


Kimin ağlına gələrdi ki, vaxtilə Bakıya “Mızdonalds” lenti kəsməyə gələn bir cavan oğlan Amerikanın prezidenti olacaq? Heç kimin.


Yatsaq yuxumuza girməzdi. Hətta mənim yadımdadır, o vaxt qəzetdən müxbir göndərmək mümkün olmurdu ki, gedib konqresmen Barak Obamanın şəklini çəksin, həvəs yox idi. Obama “Əcəmi” metrosunun üstündəki “Mızdonalds”a gedərkən bizim milli avtoşların yarışması nəticəsində yaranan tıxaca da düşmüşdü.

Buyur, indi bu adam Amerikanın prezidentidir, üstəlik tənqidi çıxışında Azərbaycanın da adını çəkmişdir. Deyir, Azərbaycanda hökumət qeyri-hökumət təşkilatlarını (QHT) boğur. Yapist yoldaşlar bunun cavabını veriblər, deyiblər ona qalsa Amerikada da insanların hüquqları pozulur, “Çarlz Hayder 200 gün aclıq elədi, kişiyə çörək verən olmadı”, “Sakko və Vansettinin məhkəməsini unutmamışıq!” tipində atəşlə düşmən susdurulmuşdur.

Yeri gəlmişkən, Sakko və Vansetti kimin yadında qalmışdı? Darıxmayın. Antiamerika isterikası fonunda hamısını yadınıza salacaqlar, çünki siz üçrəngli bayrağa layiq olmadınız. “Yeni - yaxşıca unudulmuş köhnədir” - deyib müdriklər. “Yeni Azərbaycan Partiyası unudulmaz KP MK, KGB, Pavlik Morozov adına Yeni Şəfəq kolxozu, Semyon Mironoviç Kirov adına ADU deməkdir”- bunu da indiki müdrik yazır.

Yapistlər ABŞ-da insan haqlarının pozulmasından danışanda, məncə, Çarli Çaplinə təzyiqləri də yada salsınlar. Məşhur aktyor Amerika xüsusi xidmətlərinin əlindən Avropaya qaçmışdı. Filmlərini kəsirdilər, özünü kommunist adlandırıb söyürdülər. Məncə, Əli Əhmədovun Çarli Çaplini müdafiə çıxışı sənətsevərlərimiz arasında da alqışla qarşılanar.

Ancaq ən yaxşı, ən kəskin zərbəni yenə Səyavuş müəllim vurmuşdur. (Qəsdən onu “müəllim” adlandırıram, bizim müəllimlərə bu da azdır). Novruzovun Obamanın çıxışı haqda sözləri 11 sentyabr hadisələrindən betərdir. Sitat: “Məncə, Barak Obama Azərbaycanın QHT qanunvericiliyini oxusaydı belə danışmazdı”. Obamanı bizim deputatxananın qanunlarını oxuyan yerdə təsəvvür eləməyə çalışdım. Bu zaman beynimin proqramı necə pozuldusa bir də gördüm Qəbələ haqda yazıram.

Hə, bu Qəbələ mövzusu doğrudan çox maraqlı mövzudur. And olsun “Gilan-Holdinq”in təzə çipsilərinin bərəkətinə, hətta deyərdim Obamanın çıxışından da maraqlıdır.

Təzəlikcə prezident İlham Əliyev Qəbələ rayonuna səfərə getdi, orda bəzi obyektlərin lentini kəsdi. Biz bunu alqışlayırıq. Balaca dövlətik, bizdə çipsi sexinin lenti də ali rəhbərlik tərəfindən kəsilməlidir, əks halda, çipsilər xırtıldamır. Təcrübə var. Hərçənd yuxarıda yazdığım kimi, Amerikanın özü də “Mızdonalds” açılışına gələcək prezidentini göndərmişdi. Yəni, bu, planetar problemdir. Sözüm bunda deyil. Sadəcə, o boyda obyektlərin açılış mərasimlərindən, Qəbələnin fantastik inkişafı haqda çıxışlardan sonra prezidentin Bakıya qayıdıb dərhal öz ehtiyat fondundan Qəbələyə 2 milyon manat ayırması mənə bir az təəccüblü gəldi.

Yəni Qəbələnin inkişafı başa çatmayıbdır? Rəqəmlərə, təbliğata görə Qəbələ hardasa Parisi ötüb keçmişdir. Ancaq yenə pul istəyir. Halbuki Qəbələ özü indi Bakıya-Şəkiyə pul ayırmalı idi. Kəmaləddin müəllim üçün bu, yaxşı hal deyildir. Əgər Qəbələ bu boyda pul basıb yeyəndən sonra hələ də acdırsa, görəsən yazıq Ağsu, Zərdab kimi rayonlar nə gündədir?

Mənə inanmırsınızsa, təkcə 2013-cü ildə prezidentin ehtiyat fondundan Qəbələ rayonunun iqtisadi və sosial inkişafına ayrılan pulların miqdarına baxın. Mart ayında 5 milyon manat, avqustda 2 milyon, dekabrda 3 milyon olmaqla üst-üstə 10 milyon manat prezident sərəncamı ilə rayona aparılıb. Burda sərəncam məsələsini ona görə xüsusi vurğulayıram ki, hələ bu ancaq ehtiyat fond adlanan sirli mənbədən yeyintinin miqdarıdır, dövlət büdcəsi, “Gilan Nazirliyi” və sairənin rayona yatırımlarını nəzərə almıram.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar