Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorbaçovun iyul devrilməsi

Qorbaçovun vəzifədən götürüləcəyi, daha dəqiqi, artıq götürüldüyü xəbəri dünya üzrə ilk dəfə bizim kənddə yayıldı. O zaman SSRİ KQB-sinin, ABŞ MKİ-sinin, İsrail “Mossad”ının, İngiltərə Mİ-6-nın bu işdən xəbəri yox idi, amma bizim kənddə artıq bilirdilər


Özü də bu xəbər yayılanda 1991-ci ilin avqust ayının bu günləri deyildi, iyul ayının ortalarıydı. Dadaş kişinin oğlu Urmanı tapsam, o xəbərin yayılma gününü də dəqiqləşdirərəm. Çünki o xəbər məhz onun toy günündə yayıldı. Nə də olmasa, adam toy gününü unutmuş olmaz.

İsti bir iyul axşamıydı, saat 10-a 20 dəqiqə qalmışdı, Dadaş kişinin kəndin şərq qurtaracağındakı həyətində toydaydıq, birdən Sərraf kişinin oğlu Ağamoğlan hövlnak gəlib toy əhlinə, daha dəqiqi, həndəvərdəki adamlara xəbər verdi ki, indicə Şuşadan gəlir və yolda bir sanballı, bazburudlu adamdan eşidib ki, bu gün günorta SSRİ prezidenti Mixail Sergeyeviç Qorbaçovu vəzifəsindən götürüblər. 

Əvvəlcə heç kim Ağamoğlana inanmadı. O, 22-23 yaşında oğlan idi və Şuşada hansısa texnikumda oxuyurdu. Xəbərin təkcə başlığı Ağamoğlanın başından, cüssə-cürəpəsindən çox böyük idi.

Açığı, mən xəbərə inanmayanlardan, amma inanmaq istəyənlərdən, hətta bunun məhz belə olmasını arzulayanlardan idim. Amma bir var, bu xəbəri mərkəzi televiziyanın “Zaman” xəbərlər proqramından eşidəsən, bir də var, çəkisi 50 kilonun altında olan Ağamoğlandan. 
3-5 dəqiqə vaxt da Ağamoğlanın xəbəri harda, hansı vəziyyətdə, kimdən eşitdiyini dəqiqləşdirməyə getdi. Ağamoğlan tanıdığı və inandığı bütün müqəddəslərə and içdi ki, gerçəkdən belə bir xəbər eşidib. Saat oldu 9.50. Daha toyda, türkün sözü, fazla ləngimədən üz qoydum evə ki, “Zaman”a baxım. İlk xəbər mütləq Qorbaçovun vəzifədən götürülməsi olacaqdı. Evə 5 dəqiqə də tez çatdım. Böyük bir həyəcanla “Zaman”ın başlanmasını gözlədim. “Zaman” başladı və elə startdaca Qorbaçovu göstərdilər. Sonra da böyük sovet dövlətində gedən tikinti-quruculuq işləri, əkin-biçin məsələlərinə dair süjetlər verildi. Böyük məyusluq yarandı. 

Ertəsi gün kəndin parkında Ağamoğlanı tutub hoydu-hoyduya götürdük. O yenə and içdi ki, belə eşidib, özü də bunu deyən adam çox “salidni adam” olub.  

Biz Ağamoğlanı danlamaqdaykən bir nəfər qıraqdan dedi ki, eybi yox, heç kafər bəndənin adı “dedi-dedi”yə düşməsin, düşdüsə, işi bitdi, görərsiniz, çox keçməz Qorbaçovun xəbəri gələr. 
Əslində biz 20 Yanvar faciəsinə görə Qorbaçovun devrilməsi ilə yanaşı öldürülməsini də istəyirdik. 

Üstündən bir ay keçdi, gözlədiyimiz xəbər gəldi. Avqustun 19-da səhər televizoru açdıq ki, QKÇP (Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi) adlanan qrup Krımda istirahətdə olan Qorbaçovu devirib. 

Amma açığı, biz bu xəbərə sevinmədik. Çünki Qorbaçovun yerinə gələnlər yaxşı görünmürdülər. Yaxşı olardı ki, onlar Qorbaçovu devirsinlər, amma özləri də devrilsinlər (sonradan məhz elə oldu). 

Kəndimizin analitikləri parkın ortasında QKÇP-yə üç gün möhlət verdilər, dedilər ki, bunlar hakimiyyətdə ən çoxu üç gün qala bilərlər. Çünki QKÇP-nin başçısı Gennadi Yanayev dövlətin taleyi üçün məsuliyyəti öz üzərinə götürdüyü barədə yazılı mətni oxuyanda əlləri əsmişdi və bütün ölkə bunu görmüşdü. 

Bir nəfər daha dəqiq proqnoz verdi, dedi ki, əgər Yeltsin bunların tərəfinə keçsə, heç, keçməsə, bunlardan hökumət olmayacaq. Elə də oldu. Yeltsin bir tankın üstünə çıxıb xalqı etiraza səslədi və QKÇP süqut etdi. Qorbaçov təyyarə ilə Moskvaya qayıtdı, QKÇP üzvlərini iki-iki cələkləyib türməyə basdılar. Onların içində 20 Yanvar faciəsini törədənlər (Yazov, Kryuçkov) də vardı deyə, bu tutqular bizə ləzzət elədi.

Üstündən 25 il keçib, amma hələ də aydın deyil ki, Qorbaçovun devrilməsi xəbərini bir ay öncədən Ağamoğlana niyə demişdilər. Adam indi şübhələnir ki, ola bilər, o vaxt bu xəbəri KQB-nin sədri Kryuçkov yaydırıbmış ki, xalqın rəyini öyrənsin, görsün, camaat nə deyir, nə danışır. 

Tərs kimi, o vaxtdan bəridir Ağamoğlanı görmürəm ki, o “salidni adam” barədə soruşum.

QKÇP-ni törədənlərin əksəriyyəti ölüb-gedib, Qorbaçov isə hələ də sağdır. Amma 25 il öncə biz onun ölümünü də çox istəyirdik - həm devrilməsini, həm də öldürülməsini.(musavat.com)


Yazar : Samir SARI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar