Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qulağı kəsilən şəxslə bağlı şok iddia


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Lerik rayonunda dəhşətli cinayət hadisəsi baş verib


Veri kənd sakini, 72 yaşlı Hüseyn İsiyevin evinə hücum edən şəxslər balta ilə ona çoxsaylı xəsarət yetirib, 37 yaşlı oğlu Rəfael İsiyevin isə hər iki qulağını kəsiblər. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Əlirza Əliyev və Natiq İsiyevdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar Lənkəran rayonu ərazisində saxlanılaraq istintaqa cəlb olunublar.

İlkin istintaq tədbirləri zamanı saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər. Lakin onlar bildiriblər ki, hadisə heç də qulaqları kəsilən Lerik rayonu, Veri kənd sakini Rəfail İsiyevin atası Hüseyn İsiyevin dediyi kimi, otlaq sahəsinə görə deyil, namus üstündə olub.

Hadisəni törətməkdə təqsirli bilinən Natiq İsiyevin atası Seyidəli İsiyev azvision.az-a deyib ki, Rəfael İsiyevin qulaqları namus üstündə kəsilib: "Qızımın həyat yoldaşı Neftçala rayonunda çobanlıq edir. Ailəsi isə bizim kənddə qalır. Qızımın üç balaca körpəsi var. Rəfael və dostu Tahir içkili vəziyyətdə qızımın evinə yaxınlaşıb, təcavüz etmək istəyiblər. Amma onların niyyəti baş tutmayıb. Qızım qardaşlarına xəbər verib. Oğlanlarım bundan qəzəblənərək, Rəfaelin cəzasını veriblər. Bizdə namus məsələsi hər şeydən önəmlidir. Durduğu yerdə kimsənin qulağı kəsilmir. Deyirlər, hadisə guya otlaq sahəsi üstündə olub. Belə deyil. Hamı bilsin ki, Rəfaelin qulaqları namus üstündə kəsilib. Qızımın həyat yoldaşının hələ hadisədən xəbəri yoxdur".

Seyidəli İsiyev bildirib ki, hazırda hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır: "Hadisənin əsl səbəbkarları Rəfael və Tahirdir. Onlar camaatın evinə soxulmaq istəyiblər. Bütün kənd camaatı Rəfaelin atasına deyir ki, oğlunu kənddən rədd elə, o, bundan sonra bizim kənddə yaşaya bilməz. Rəfaeli kənddə hamı pis adam kimi tanıyır. O, kişiyə yaraşan hərəkət etməyib".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar