Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurultay iştirakçılarının Prezident İlham Əliyevə müraciəti


Bakıda Alimlərin I Qurultayı keçirildi


Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən qurultayın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.

ANS PRESS xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan alimlərinin də iştirak etdiyi və internet üzərindən canlı yayımlanan Qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayıb və ölkəmizdə ilk dəfə keçirilən bu qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafa adekvat olaraq Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. 

Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan onun ideyalarının və siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin on ildən artıq müddətdə böyük uğurla həyata keçirdiyi siyasətin nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Akademik vurğulayıb ki, hazırda elmi potensialın milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edildiyini qeyd edən AMEA rəhbəri Konsepsiyanın Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyduğunu bildirib. 

Akademik vurğulayıb ki, Azərbaycan alimlərinin biliklər cəmiyyətinin qurulmasında yaxından iştirakı mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsini, effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tətbiqini, ümumiyyətlə Azərbaycan elminin yeni strategiyasının hazırlanmasını zəruri edir.

Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorunda çalışan Azərbaycan alimlərinin hansı sosial zümrəni və hansı ölkəni təmsil etmələrindən asılı olmayaraq, vahid bir amal naminə öz qüvvəsini səfərbər etmələrinin, eləcə də müasir dünyanın çağırışlarına, ölkəmizin strateji inkişafı baxımından üzərinə düşən vəzifələrin icrasına vaxtında adekvat cavab vermələrinin vacibliyini qeyd edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi ideyasının məhz belə bir zərurətdən meydana gəldiyini bildirib.

Qurultayda Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Almaniya, Türkiyə və başqa ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alimin də iştirak etdiyini vurğulayan akademik Akif Əlizadə alimlərin müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin müəyyənləşdirilməsində, həmçinin elm sahəsindəki mövcud problemlərin həllində səy və bacarıqlarını əsirgəməyəcəyinə, eləcə də qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylik nümayiş etdirəcəklərinə əminlik ifadə edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ölkə prezidenti, cənab İlham Əliyevin Azərbaycan alimlərinin I Qurultayına müraciətini səsləndirib.

Qurultayda “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” adlı məruzə ilə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminin müasir mərhələdə vəzifələri, ölkənin elmi-texniki və innovativ inkişafının müasir, eləcə də vətəndaş cəmiyyətinin və mədəniyyətin vacib ünsürü olan sosial-iqtisadi dəyişikliklərin elmi əsaslarının yaradılması, biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində əldə olunan nailiyyətlər və başqa istiqamətlərdə fikirlərini bölüşüb.

Sonra Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov “Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında” adlı məruzə ilə çıxış edib. Bildirib ki, bu gün bizim qarşımızda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. Həmçinin, ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsinin mühüm bir vəzifə olduğunu vurğulayan nazir bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin bildirib ki, qarşıda duran digər bir zəruri vəzifə ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılmasıdır. 

Şuranın yaradılmasında məqsəd dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməkdir. Məruzədə o da qeyd olunub ki, ümumorta təhsil müəssisələrində kurrikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, həmçinin ali təhsil müəssiələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcəkdir.

Məruzədə AMEA-da magistratura təhsilinin təşkil olunmasının vacibliyi də vurğulanıb.

“İnnovativ inkişaf: müasir baxışlar” adlı məruzə ilə çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov isə qeyd edib ki, qurultayda müzakirə olunacaq məsələlər, buradan çıxacaq yeni ideyalar, qərarlar ölkənin elmi-texniki inkişaf strategiyasının əsasını təşkil etməklə bərabər, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafı üçün çox əhəmiyyəlidir. Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə etmişlər. Ümumdünya İqtisadi Forumun hesabatlarına görə son 10 ildə dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına daxil olmuş, iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yeri tutması, İKT-nin inkişafına görə 49-cu yer, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-cı və ümumiyyətlə makroiqtisadi sabitliyə görə əldə olunan nailiyyətlər buna misal ola bilər. Ancaq bizim ən böyük məqsədimiz iqtisadiyyatımızın neftdən asılılığını minimuma endirməkdir. Dövlət başçısının müvafiq Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gələcək 8-10 ildə ÜDM-in qeyri neft sektorunun hesabına 2 dəfə artırılması əsas məqsəd kimi təyin olunmuşdur. Akademik Əli Abbasov bildirib ki, innovativ inkişaf siyasəti “qızıl üçbucaq” adlandırdığımız üç sütunun üzərində qurulur: insan resursu, əlverişli mühit və kapital (maliyyə resursları). Eyni zamanda, qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi-tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur.

Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov məruzəsinin sonunda bildirib ki, elmin inkişafı, onun səmərəliliyinin artırılması bir çox faktorlardan asılıdır. Elmin inkişafı üçün onun maddi texniki və informasiya bazasının gücləndirilməsi, gənc alim və mütəxəssislərə dəstək, onların xaricidə tanınmış elmi məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətinin qorunması da əsas şərtlərdəndir. Məruzəsinin sonunda akademik qeyd edib ki, ölkəmizdə ilk dəfə keçirilən bu qurultay elmin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, yeni fikirlərin ortaya çıxması və ən başlıcası elmin gələcək inkişafı üçün yeni yol xəritəsinin müəyyən olunması üçün yaxşı bir platformadır.

Tədbirdə xarici ölkələrin nüfuzlu alimlərinin, Nobel mükafatı laureatlarının və tanınmış azərbaycanlı alimlərin Qurultaya ünvanladığı təbriklər səsləndirilib.

Qurultayda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun direktoru, professor Təlai Cavanşir, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Vasif Babazadə və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan alimlərinin I Qurultayı və onun əhəmiyyəti, elmin inkişafı və digər prioritet istiqamətlər haqqında danışıb. Çıxışlar zamanı qeyd olunub ki, ölkəmizin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etmək baxımından, eləcə də elmin bütün sahələri üzrə həmrəyliyin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında Qurultay böyük əhəmiyyətə malikdir. 

Tədbirdə məhşur azərbaycanlı alimlərdən Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zadənin, AMEA-nın İdaretmə sistemləri və İnformatika üzrə Elmi şuranın sədri, akademik İsmayıl İbrahimovun və Avstraliya Federativ Universitetinin professoru Adil Bağırovun virtual çıxışları dinlənilib.

Sonda Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi qəbul olunub, həmçinin AMEA-nın Biofizika və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova tərəfindən Qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Ən çox oxunanalar