Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəislərə nöqsanları qısa zamanda aradan qaldırmaq tapşırığı verildi


Bu gün Bakı Şəhər Baş Polis İdarəsində bu ilin 9 ayının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib


İdarədən daxil olan məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2016-cı ilin 9 ayı ərzində də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının qorunması təmin edilib. 

Bütün bu uğurların, iqtisadi inkişafın əsasını təşkil edən siyasi sabitliyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və təhlükəsizliyin təmini sahəsində Daxili İşlər Nazirliyi və onun əsas qurumlarından biri olan Bakı Şəhər Baş Polis İdarəsi üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirib.

Qeyd olunub ki, ötən dövr ərzində vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 22919 ərizə və müraciət daxil olub, 2441 vətəndaş qəbul edilib. Müraciətlərin 2,145-i Nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən “2016 Formula-1 üzrə Avropa Qran Pri” yarışları, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən referendum zamanı asayişin mühafizəsi daha da gücləndirilərək, mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Müşavirədə qeyd olunub ki, 2016-cı ilin 9 ayı ərzində paytaxtda 9.137 ( ötən ilin müvafiq dövründə 8.706) cinayət qeydə alınıb.

Onların 82,7%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3%-i isə ağır və xüsusilə ağır növlər olub. 2015-ci ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 15,8%, qəsdən sağlamlığa ağır zərər vurmalar 14,0% azalıb.

Cinayətlərin 78,5%-nin (ötən ilin müvafiq dövründə 75,9%), ağır növlərinin 78,1%-nin (77,9%), qeyri-aşkar şəraitdə baş verənlərin 67,8%-nin (64,7%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.314 cinayətdən 95,7%-i (92,3%), o cümlədən qəsdən adam öldürmələrin 98,0%-i, adam öldürməyə cəhdlərin 100%-i açılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 2,6%, onların ağır və xüsusilə ağır növlərinin açılması 0,2%, şəxsiyyət əleyhinə olanların açılması 3,4%, o cümlədən adam öldürməyə cəhdlərin açılması 10,5%, zorlamaların açılması 14,3%, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 5,1%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 26,4%, mənzillərdən edilən oğurluqların açılması 10,6%, mal-qara oğurluğunun açılması 25,2%, mənimsəmə və israf etmə cinayətlərinin açılması 9,7%, soyğunçuluqların açılması 11,6%, quldurluqların açılması 3,5%, dələduzluqların açılması 0,8%, hədə-qorxu ilə tələb etmələrin açılması 10,2%, xuliqanlıqların açılması isə 5,2% yaxşılaşıb.

“Təhlükəsiz şəhər”“ xidmətinin operatorları tərəfindən 2.692 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 214 bağlı cinayət açılıb.

Hesabat dövründə 61 soyğunçuluq və quldurluq cinayəti törətmiş 112 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 249 oğurluq törətmiş 121 nəfərdən ibarət 47 cinayətkar qrup ifşa olunub. Bununla yanaşı, təqsirləndirilən şəxs qismində axtarışda olan 1.402 nəfərdən 69,0%-i, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 553 nəfərdən isə 53,0%-i tutulub.

Narkotiklərlə bağlı aşkar edilmiş 973 (1074) fakt üzrə qanunsuz dövriyyədən 235 kq-dan çox (+8 kq 817 qr) narkotik vasitə çıxarılıb. 96 odlu silah, 9 qumbara, 8.872 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 47 odlu silah götürülüb…

Müşavirədə Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi Mirqafar Seyidov 2016-cı ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar