Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rublun və lirənin ucuzlaşması idxal və ixraca necə təsir edəcək? - Sabiq maliyyə naziri açıqladı


Sabiq maliyyə naziri: “Rusiya və Türkiyə milli valyutalarının birdən-birə kəskin ucuzlaşmasının motivləri yalnız siyasidir”


“Bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur”.

Bu sözləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov rublun və lirənin ucuzlaşmasının Azərbaycan manatına təsirlərini PİA.AZ-a şərh edərkən qeyd edib.

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rublun ucuzlaşmasına səbəb olub. Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 62,3699 rubl səviyyəsində müəyyən edib. Bu, əvvəlki göstəricidən 3,79 rubl çoxdur. Avronun rəsmi məzənnəsi isə 4,92 rubl artaraq 76,8522 rubla qalxıb. Son bir neçə gündə rubl illik minimumu dəfələrlə yeniləyib.

Türkiyədə isə ABŞ dollarının məzənnəsi 4,1 lirəyə çataraq tarixi rekordunu yeniləyib. Məlumata görə, valyuta birjalarında 4,0787 lirəyə bərabər olan ABŞ valyutası 4,1008 lirəyə qədər bahalaşıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarında -Türkiyə, Rusiyaİranda bu ölkələrin milli valyutaları dollara nisbətdə kəskin dəyər itirməkdədir. Prosesin Azərbaycana, eləcə də manatın məzənnəsinə necə təsir edəcəyi sual doğurur. Qeyd edək ki, Mərkəzi Bank sədri Elman Rüstəmov milli valyutanın dəyərdən düşməsi üçün heç bir fundamental amilin olmadığını deyib. Bildirib ki, valyuta hərraclarının əksəriyyətində tələb təklifi üstələyib.

Son günlər Azərbaycanın idxal və ixracatında əsas rol oynayan ölkələrin valyutalarının dollara nisbətən qiymətdən düşməsi Azərbaycan manatına təsir edə bilərmi və bu durum idxal və ixracatda hansı problemləri ortaya çıxara bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun fikirlərini öyrənib.



Fikrət Yusifov: “ABŞ tərəfindən tətbiq edilən iqtisadi, maliyyə sanksiyalarının getdikcə daha da artması rus rubulu ətrafında gərginliyi də artırır”.


Türk lirəsinin ucuzlaşması səbəblərinin Türkiyənin Afrin əməliyyatı və bundan sonra bölgənin başqa yerlərində də belə əməliyyatların davam etdiriləcəyinə dair Türkiyə Prezidentinin verdiyi bəyanatlar olduğunu vurğulayan professor Fikrət Yusifov PİA.AZ-a açıqlamasında əlavə edib ki, Rusiyaya gəldikdə isə burada vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri  yaxın şərqdə baş verən münaqişələrdə Rusiyanın dominantlıq  etmək cəhdləri və Rusiya Ukrayna münasibətlərindəki gərginlikdir:

“Rus rublu və Türk lirəsi son günlər ABŞ dolları qarşısında dəyər itirərək, bir qədər öncə nümayiş etdirdikləri sabitliyi pozublar. Türk lirəsi daha çox dəyər itirərək rekord həddə qədər ucuzlaşıb. Bu prosseslər son vaxtlar hər iki ölkənin dünya nəhəngi – ABŞ ilə münasibətlərinin kifayət qədər gərginləşdiyi bir vaxtda baş verir. Son aylarada nə Rusiyanın nə də Türkiyənin iqtisadi durumunda elə bir ciddi dönüş baş verməyib ki, milli valyutaların bir neçə gün ərzində belə kəskin ucuzlaşmasını bununla əlaqələndirmək mümkün olsun. Nefin qiymətlərində də son aylar ərzində elə bir azalma baş verməyib ki, neft ölkəsi olan Rusiyanın milli valyutasının ucuzlaşmasını bununla ələqaləndirilsin. 

Hər iki qonşu ölkənin milli valyutalarının birdən-birə kəskin ucuzlaşmasının motivləri yalnız siyasidir. Türk lirəsinin ucuzlaşması səbəbləri Türkiyənin Afrin əməliyyatı və bundan sonra bölgənin başqa yerlərində də belə əməliyyatların davam etdiriləcəyinə dair Türkiyə Prezidentinin verdiyi bəyanatlardır. Rusiyaya gəldikdə isə bura vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri  yaxın şərqdə baş verən münaqişələrdə Rusiyanın dominantlıq  etmək cəhdləri və Rusiya Ukrayna münasibətlərindəki gərginlikdir. Bu fonda Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilən iqtisadi, maliyyə sanksiyalarının getdikcə daha da artması rus rubulu ətrafında gərginliyi də artırır.

Hər iki ölkənin milli valyutalarının siyasi motivlər əsasında ABŞ-ın istəyinə uyğun bir ssenari ilə ucuzlaşa bilməsinin köklərini bir qədər də əyani şəkildə açmağa cəhd edək. Bu günlərdə Rusiya, İran və Türkiyə ABŞ dollarından imtina edərək öz aralarındakı hesablaşmaları milli valyutaları ilə aprmağı təklif etdilər. Bu nə qədər realdır? Əvvəla onu deyək ki, bu yeni təşəbbüs deyil, bundan öncə hətta BRİKS-ə daxil olan ölkələrdə birlikdə bu təklifi reallaşdırmağa cəhd etmişdilər. Lakin ABŞ dollarının bir saylı valyuta kimi on illər boyu dünyanın maliyyə bazarlarındakı bütün hesablaşmalarda, dövlətlərin valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə qazandığı hegomonluq buna imkan vermədi. Təbi ki, nə vaxtsa, ABŞ dollarından imtina etmək mümkün olacaqdır, bunun mümkün olmadığını demək düzgün deyil. Lakin bu gün heç bir dövlət və ya müxtəlif formatlarda bir araya gəlmiş ölkələr tərəfindən bunun edilməsi mümkün deyil. Sadə misal dediklərimizi tam təsdiq edə bilər. Bu gün ABŞ-in hərbi büdcəsi 700 milyard dolları ötürsə və bu zaman Rusiyanın hərbi büdcəsi cəmisi 40 milyard dollar ətrafındadırsa, Rusiya ABŞ-a qarşı hansı gücü nümayiş etdirə bilər? 

Fikrət Yusifov: “Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir”.


Bizə gəldikdə isə, manatla bağlı hər hansı bir ciddi dəyişikliyə əsas verəcək heç nə yoxdur. Manatın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir. Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən illin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu, hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da  irəliləyişlər edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir. 

Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur. Son vaxtlarda insanlarımızın manata güvəni xeyli artıb. Bu güvənin artdığını nümayiş etdirən əsas göstəricisi bankalarda əhalinin manatla olan əmanətlərinin dinamikasıdır. Bu dinamika isə son aylar ərzində müsbətdir. Yəni Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar