Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qarabağda nə planlaşdırır və Azərbaycan nə etməlidir?


İlk baxışda belə təəssürat yarana bilər ki, artıq Dağlıq Qarabağ mövzusunda aktiv faza səngiyib


Həqiqətən də bugünlərdə Minsk Qrupunun həmsədrlərinin Qarabağ problemini müzakirə etmək üçün ilk dəfə Ankaraya yollanacağı haqda çox maraqlı xəbəri nəzərə almasaq, xarici işlər naziri S. Lavrovun Ermənistana və Azərbaycana səfərindən sonra indi diqqətlər daha çox prezidentlərin yaxın vaxtlara planlaşdırılan görüşünə yönəlib. 

Bəri başdan deyək ki, görüşün hələ də harada baş tutacağı bütün dəqiqliyi ilə məlum deyil. Daha çox Fransanın adı hallansa da, hətta bəzi mənbələr məsələnin həll olunduğunu deyərək birmənalı şəkildə məhz bu ölkənin adını xəbərləsələr də, hər bir an ünvan dəyişikliyi baş verə və görüş  başqa yerdə də baş tuta bilər...

Fəqət hazırda danışıqlar prosesi elə intensiv xarakter alıb ki, prezidentərin görüşü ilə bağlı hər hansı bir narahatlıq yaşanmır və bu gün üçün tamam şübhəsizdi ki, həmsədrlər onları bir daha görüşdürmək üçün elə də çətinlik çəkməyəcək. 

Fəqət suallar adama rahatlıq vermir. Nəticə nə olacaq? İrəliləyiş olacaqmı? Bilmirik... Bu gün üçün bəlli olanı budur ki, Rusiya çox canfəşanlıq edir. Elə bizi də şübhələndirən məhz budur. Nə baş verir? Həqiqətənmi Rusiya heç nə ummadan, heç bir izafi təmənna istəmədən  problemi birdəfəlik çözmək istəyir?

Adam heç buna inana bilmir. Bəli, nə deyirsinizsə, deyin, amma mən buna qətiyyən inana bilmirəm. İnana bilmirəm ki, Rusiya bu məsələdə tamamilə təmənnasız olsun və indiyə  qədər ona Azərbaycanı və Ermənistanı ətrafında saxlamağa, hətta bu iki ölkənin siyasətini bu və ya digər dərəcədə idarə etməyə imkan verən əsas siyasi “rıcaq”ı - Dağlıq Qarabağı belə asanlıqla əldən vermiş olsun!..

Hazırda Ermənistan rayonların boşaldılmasının müqabilində Dağlıq Qarabağ üçün “etibarlı təhlükəsizlik təminatları” istəyir. Bir tərəfdən belə bir təsəvvür yaranır ki, məhz Dağlıq Qarabağ üçün nəzərdə tutulan “möhkəm aralıq status” bu təminatı verir. Amma Ermənistan bununla bağlı çox tərəddüd edir. Həm də sual yaranır ki, bəs bu halda Rusiyanın qazancı nə olacaq? Elə bu səbəbdən də düşünürük ki, məsələ sülhməramlı qüvvələr olmadan keçinməyəcək. Bəli, bölgəyə ayrıcı qüvvə kimi rusiyalı sülhməramlıların gətirilməsi həm Ermənistanı, həm də Rusiyanı qane edərdi. Əks təqdirdə, Rusiya bu qədər fəallıq nümayiş etdirməzdi. Ən azı ona görə ki, böyük siyasətdə alturizmə elə də çox təsadüf olunmur, ələlxüsus da, bunu Rusiyanın siyasətində gözləmək tamam sadəlövhlük olardı ...

Belə olan təqdirdə Azərbaycan nə edə bilər? Hazırda Rusiya da, bütünlüklə Minsk Qrupu da sanki Türkiyəni ilk dəfədir ki, özləri üçün kəşf ediblər. Türkiyəyə marağın səbəbi aydındır. Həmsədrlər də, Rusiya da Türkiyənin Azərbaycana olan təsirindən yararlanmaq istəyirlər. Təbii ki, Türkiyənin prosesə cəlb olunması eləcə də kommunikasiyaların açılması və blokadanın götürülməsilə bağlıdır. 

Ağla gələn ilk şey bu olur ki, Azərbaycan prosesdə baş vermiş bu dəyişiklikdən maksimum yararlanmağa çalışmalıdır. Əvvəllər Türkiyəni prosesdən tamam kənarda saxlamağa çalışanlar bu gün onsuz keçinməyin mümkün olmadığını dərk edirlərsə, Azərbaycan bundan niyə yararlanmasın? 

Düşünürük ki, sülhməramlıların bölgəyə gəlişi qaçılmaz olarsa, onda rəsmi Bakı onların tərkibinin beynəlmiləl olmasını (bu, hələ 90-cı illərdə keçirilən Budapeşt sammitində qərara alınmışdı!) və Türkiyənin də mütləq bu prosesdə iştirak etməsini təkid etməli və buna nail olmalıdır. 

O üzdən ki, rusiyalı sülhməramlıları biz Gürcüstandakı münaqişələrin timsalında yetərincə görmüşük - orada Rusiya “sülhməramlıları” faktiki olaraq Abxaziyanın və Cənubi Osetiyanın sərhəd qoşunları funksiyasını yerinə yetirirlər. Azərbaycan heç bir halda bu ssenarini özündə, özünün ərazisində təkrar etməməlidir...     

O ki qaldı Türkiyəyə, təbii ki, o, Azərbaycanın cəhdlərini heç bir halda cavabsız qoymayacaq. Əsas odur ki, Türkiyənin özündə sabitlik və əmin -amanlıq olsun. Ötən həftənin sonlarında baş vermiş qarışıqlıq və hərbi çevriliş cəhdi Azərbaycanda da böyük üzüntü və narahatlıqla qarşılandı, insanlar sözün əsl mənasında təlaşlı anlar yaşadılar...
Rəsmi Bakının Rusiya ilə ilgili siyasətinə gəldikdə isə bu ölkə ilə o qədər ehtiyatla davranırlar ki, adam həm şübhələnir, həm də bunu seyr etməkdən lap dilxor olur. 
Bəlkə də inanmazsınız, amma Ukrayna prezidentinin səfəri ərəfəsində bizim rəsmiləri ən çox narahat edən bu idi ki, görən, prezident P.Poroşenko burada Rusiya əleyhinə siyasi şüarlar və yaxud bəyanatlar səsləndirməyəcək ki?..

Burada yadıma M.Saakaşvilinin Bakı səfərləri düşdü. Bəli, Mixeil qardaş da o vaxt Bakı rəsmilərinə çox həyəcanlı dəqiqələr yaşatmışdı...

Hüseynbala Səlimov(musavat/com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar