Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan uzaqlaşmaq zamanı çatıb


Yay başa çatır


Qarşıdan istər daxili siyasətdə, istərsə də xarici siyasətdə gərgin olacaq payız gəlir. Bakı öz diplomatiyasında korrektə etmək zorundadır. Cənubi Qafqazın lider dövləti adına iddia edən  Azərbaycanın həm təhlükəsizliklə, həm də gələcək inkişaf istiqaməti ilə bağlı çox ciddi problemləri mövcuddur. Gürcüstan öz problemlərini görür və Rusiyadan uzaqlaşmaq xəttini tutur.

Ukrayna Rusiya ilə ölüm-dirim savaşına çıxıb. Azərbaycan isə hələ də şimal qonşusuna etibar edir və onunla yaxşı münasibətlər saxlamağa cəhd göstərir. Lakin Ukrayna və Gürcüstanla ittifaqda maraqlı olan Azərbaycandır. MDB-dən başqa, bu ölkələr həm də GUAM-da birləşiblər. Elə bu səbəbdən, analitiklər daha çox Azərbaycanın hərəkətlərini proqnozlaşdırmağa cəhd edirlər. Gürcüstan və Ukrayna MDB-dən uzaqlaşıblar. Azərbaycanın isə MDB-dən çıxmaq fikri yoxdur. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan MDB-yə 1993-cü ildə, Yeni Azərbaycan Partiyası hakimiyyətə gələndən sonra üzv olub. Elə bu səbəbdən, hakim partiyanın MDB-yə münasibətinin kəskin şəkildə dəyişəcəyini gözləmək az ehtimal olunan hadisədir.
Amma reallıqda bu münasibətləri yaxşı hesab etmək olarmı? 

Azərbaycan üçün Gürcüstanla münasibətlər daha önəmlidir, yoxsa Rusiya ilə? Bəlkə enerji dəhlizi üçün daha etibarlı təminatlar axtarmaq vaxtıdır? Fikrimizcə, Azərbaycan da Gürcüstanla birlikdə NATO-ya üzv qəbul olunmağa cəhd etsə, bu təminatlar daha da artar. Çünki yalnız NATO bölgədə həqiqi təhlükəsizliyi və sabitliyi təmin etmək iqtidarındadır. Rusiya ilə ittifaq faydalıdırsa, nəyə görə Baltikyanı ölkələr buna can atmırlar? Nəyə görə Polşa öz ərazisində Rusiyanın deyil, ABŞ-ın raket hücumundan müdafiə sistemlərini yerləşdirir? Məgər onlar dünyadakı güc balansını və ən effektiv təhlükəsizlik sistemini real qiymətləndirə bilmirlər? MDB çoxdan özünü tükəndirib. Yarandığı vaxtdan səmərəsiz sistem kimi formalaşan bu birlik indi daha çox avtoritar rejimlərin ittifaqına çevrilib. Gürcüstan və Ukrayna bu birliyi tərk edəndən sonra bu çalar özünü daha çox təzahür etdirəcək.
Demokratik inkişaf yolu seçmiş ölkələr artıq Rusiya ilə bir ittifaqda deyillər və ondan uzaqlaşmaq yolunu tutublar. Ən böyük miflərdən biri də budur ki, Rusiya ilə münasibətlər Azərbaycana Qarabağ problemində yardımçı olur. Həqiqətdə belədirmi? BMT-də səsvermə zamanı Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməmişdi, baxmayaraq ki, başqa vaxt sözdə həmişə bunun əksini iddia edir. Üstəlik, Gürcüstandakı hadisələr bir daha göstərdi ki, Rusiya MDB ərazisindəki separatçı rejimləri müdafiə edir. Və nə qədər ki, Rusiyanın bölgədəki təsiri dominant olacaq, ərazisində münaqişə zonaları olan ölkələrin öz ərazi bütövlüyünü təmin etmək, lazım gələrsə, bunun üçün hərbi gücdən istifadə etmək niyyətləri bir arzu olaraq qalacaq. Hətta Rusiya Gürcüstanı öz ərazisində belə təcavüzkar elan etdi. Ən azı, bu detal düşünmək və nəticə çıxarmaq üçün kifayət qədər əsas verir.

Bir məsələni də nəzərə almaq lazımdır ki, Gürcüstan NATO-ya daxil olandan sonra Azərbaycan istəsə də, istəməsə də Şimal Alyansı ilə həmsərhəd olacaq. Görəsən indi seçim etmək iqtidarında olmayan ölkə seçimin labüd olacağı zaman hansı qərarı verəcək? Hazırkı şəraitdə Qərb müttəfiqlərinin, Amerika Birləşmiş Ştatları da daxil olmaqla, görə biləcəkləri çox iş var. NATO vəziyyəti ehtiyatla izləyir və Gürcüstanla birgə işləyir. Digər tərəfdən isə bu, Rusiyanı birbaşa hərbi güclə hədələməyin bir addımıdır. Yəni NATO bu münaqişənin həllinə döyüş baxımından yox, diplomatik baxımdan qoşulub. Rusiyanın Ukraynanı işğalı keçmiş Sovet İttifaqında, xüsusilə də Qafqazda güc balansını dəyişir. Gürcüstan əraziləri də Rusiyanın işğalı altındadır. Rusiya qoşunları Potinin və dəmiryolu daşımalarının fəaliyyətini pozmaqla indi yalnız Gürcüstanı deyil, həm də Azərbaycanı və Ermənistanı hədələyir. Bu, 1994-cü ildə ErmənistanAzərbaycan arasında müharibə başa çatdıqdan sonra hadisələrin ən pis hərbi inkişafıdır. Dünya bu məsələyə çox ciddi yanaşır. Biz anlamalıyıq ki, dirçələn Rusiya yalnız Gürcüstan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün, habel? Avropa üçün təhlükədir.

Bu həqiqəti anlamağın və Rusiyadan uzaqlaşmağın vaxtı çoxdan çatıb...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar