Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya sanksiyalar necə işləyir?


Avropa İttifaqının üzvü olmayan Norveç Rusiyaya Ukraynadakı təcavüzünə görə sanksiya tətbiq edən ən yeni ölkədir


Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı mart ayında Ukraynanın Krım yarımadasını işğal etdiyi və rus separatçılarını dəstəklədiyi üçün Rusiyaya bir neçə sanksiya tətbiq ediblər.

Peterson Beynəlxaq İqtisadiyyat İnsitutunun Rusiya üzrə eksperti Anders Aslund bildirib ki, ilkin sanksiyalar Krımın işğalı və Rusiya prezidenti Vladimir Putinlə bilavasitə əlaqəsi olan insanlar və muəssisələrə tətbiq olunmuşdu. 

“İyul ayından bəri bu sanksiyalar artan şəkildə Rusiya iqtisadiyyatının bütün sektorlarına - əsasən də maliyyə, yüksək texnologiya, enerji və müdafiə sektorlarına yönəldilib.”

Vaşinqtonda yerləşən Vilson Mərkəzindən Metyu Royanski daxil olmaqla bir çox ekspertlər sanksiyaların müsbət nəticə verib-vermədiyinə nəzər salırlar.

“Bu sizin sanksiyanının məqsədinin nə olduğunu gözləməyinizdən asılıdır. Mənim fikrimcə, bu sanksiyalarla Rusiyanın əməllərinin dəyişilməsi nəzərdə tutulmuşdu. Və belə düşünsək, sanksiyalar heç bir nəticə verməyib.”

Aslund bu fikirlə razılaşır və bildirir ki adətən sanksiyaların iqtisadi təsiri olur, amma arzulanan siyasi effekti olmur.

O, həm də bu il Rusyanın iqtisadiyyatının durğun qalacağından və hətta iqtisadi artımın zəifləyəcəyindən xəbər verir.

Rusiyanın böyük problemi ondadır ki, xarici borcu artıq 730 milyard dollardır, və bu Rusiyanın ümumdaxili məhsulunun 40 faizini təşkil edir. Rusiya bu borcu ildə 160 milyard dollarla maliyyələşdirməlidir, lakin Rusiyada belə pul yoxdur.”

Rusiya iqtisadiyyatında mövcud olan problemlərə ilin əvvəlindən bu yana benzinin qiymətinin 20 faiz düşməsi də daxildir.

Mount Holyoke Kollecinin Rusiya üzrə eksperti Rusiyanın iqtisadi böhranının beynəlxalq sanksiyalarla heç  bir əlaqəsi olmadığını bildirib.

Rusiyanın iqtisadi problemləri illərdir Rusiya iqtisadiyyatının strukturunda mövcud olan məsələlərlə bağlıdır. Bu sıraya əsasən Rusiya iqtisadiyyatının yüksək yanacaq qiymətlərindən asılı olması, geniş yayılmış korrupsiya və iqtisadiyyatı müasirləşdirmək üçün heç bir strategiyanın mövcud olmaması daxildir.”

Qərbin sanksiyalarına cavab olaraq, Kreml Rusiyaya sanksiya tətbiq etmiş ölkələrdən balıq, ət, meyvə, süd məhsulları və tərəvəzin idxalına məhdudiyyət qoyub.

Anders Aslundın sözlərinə görə ərzaq idxalına qadağa qoymaqla Moskva özünü cəzalandırır.

“Ərzaq idxalını azaltmaq pis şeylərə yol açır: Belarusiyadan keçən gizli ticarət, ölkənin bəzi regionlarında yemək çatışmazlığı, ərzaq qiymətlərinin artması, keyfiyyətinin düşməsi. Belə etməklə Kreml öz əhalisinə zərər vurur.”

Eyni zamanda bir neçə ekspert sanksiyaların sadəcə tətbiq olunmuş ölkələrə deyil, tətbiq edən ölkələrə də zərər verdiyini bildirir ("Amerikanın səsi").


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar