Attraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub
Sabah dənizkənarı bulvarda attraksionlar pulsuz olacaq.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Oxu.Az-a bildirib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda attraksion və karusellərin əksəriyyəti, qatarlar, uşaqların pulsuz istifadəsinə veriləcək.
Onun sözlərinə görə, attraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub.
Nazim Məcidov qeyd edib ki, uşaqların attraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 15:00-dək mümkün olacaq.
pia.az