Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sakaryada Xocalı soyqırımının qurbanları anıldı



Sakarya Universiteti Azərbaycanlı Tələbələr Birliyi Xocalı soyqırımının 23-cü ildönümünü ilə əlaqədar konfrans təşkil edib


Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, konfransda Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı konsulu Seymur İlyaslı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Sakarya Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Sakarya Universiteti Azərbaycanlı Tələbələr Birliyinin sədri Aliq Bağırov Xocalı haqqında qısa məlumat verdikdən sonra çıxış edənlər Xocalı soyqırımının müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarını bir araya gətirəcək faciəli hadisə olduğunu deyiblər. Konfransda Xocalı soyqırımını törədən Ermənistan silahlı qüvvələrinin yalanlarının birdəfəlik ifşası üçün Azərbaycan və Türkiyənin daha sıx fəaliyyətinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, 1918-ci ilin mart qırğınları və Xocalı soyqırımını törədən ermənilərin vəhşilikləri əsla unudulmamalıdır.

Konfransda digər türk xalqlarının qarşıladığı problemlərdən də bəhs olunub, 23 il əvvəl Xocalıda baş verənlərin bu gün Şərqi Türküstan və Kərkükdə törədildiyi vurğulanıb. Gələcəkdə bütün bu problemlərin yaşanmaması üçün gənclərin tarixi daha dərindən öyrənməsinin vacibliyi qeyd olunub.

Konfransda həmçinin Azərbaycan-Türkiyə münasibətlərindən danışılıb, Türkiyə parlamentinin Xocalı soyqırımını tanıyacağına ümid ifadə olunub. Tədbirdə “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyəti barədə çıxışlar olub. Bildirilib ki, məhz bu kampaniyanın nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyıqırımı tanıdılıb və qəbul edilib.

Çıxışlardan sonra Xocalı soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib və konfransda çıxış edənlərə təşəkkür plaketləri təqdim olunub. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Ən çox oxunanalar