Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə «Yaşlı nəslin təcrübəsindən faydalanaq» mövzusunda tədbir keçirilib


Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoci Universitetində «Yaşlı nəslin təcrübəsindən faydalanaq» mövzusunda genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində tədbir keçirilib.


Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,  Gənclər və İdman İdarəsinin, rayon ictimaiyyətinin, Veteranlar və Ağsaqqallar Şuralarının nümayəndələrinin, ağbirçəklər, gənc ailələrin nümayəndələrinin, ali təhsil müəssisələrinin tələbələri və gənc müəllimlərinin, ziyalıların, gənc fəalların iştirakı ilə keçirilən tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev açıq elan edərək iştirakçıları salamlayıb, tədbirin məqsədi və məramı barədə məlumat verib, Azərbaycanda ailə və mili-mənəvi dəyərlərin qorunub saxlanılması, ailənin möhkəmləndirilməsi ilə bağlı maariflənmə işlərinin vacibliyindən, aprelin 28-də 91 yaşı tamam olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın fəaliyyətindən, onun necə həkim, qadın və ana olması, öz həyatı ilə bu günkü gənclərə nümunə olmasından danışıb. 

Sonra çıxış edən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, qloballaşan dünyada ən aktiv və bariz məqamlardan biri sosial mənəvi mühitin saflığının təmin olunması məsələsidir: “Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür”.

 Layihənin də yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını bildirərək  yaşlı nəsil xalqın ən yaxşı adət ənənələrinin saxlayıcısı, daşıyıcısı və gələcək nəslə ötürücüsü olduğunu vurğulayıb. 

Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova, dövlət ailə siyasətinin dəstəklənməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması, ailə həyatına hazırlığı  məqsədi ilə mütəmadi olaraq maarifləndirmə tədbirlərin keçirilməsinə verilən önəmdən, bu sahədə dövlət tərəfindən görüldüyü işlər haqqında danışıb. Qeyd edib ki, Azərbaycan  xanımı xalqımızın milli-mənəvi dəyərlərinin qorunaraq, gələcək nəsillərə ötürülməsində müstəsna rola malikdir. Hazırda milli dəyərlərimizin və mədəniyyətimizin fəal təbliğatçısı, ümummilli problemlərin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidməti olan Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən  çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınlarının eləcə də dünya qadınları üçün əsl örnək olduğununu vurğulayıb. 

Bildirilib ki, cəmiyyət kiçik ailələrdən ibarətdir və ailələrdə yaranan problemlərin cəmiyyətdə öz əksini tapması və buna görə də cəmiyyətin formalaşmasında əsas fiqur kimi qadının böyük rolu vardır.  

Tədbirdə həmçinin Əməkdar müəllim Bela Cəlilova, Qadınlar Cəmiyyəti Səbail rayon təşkilatının sədri Rəfiqə Qazıyeva, ADPU-nin dosenti Həqiqət Hacıyeva, universitetin kafedra müdirləri İramin İsayev, Müseyib İlyasov, Elmi kitabxananın direktoru Azər Hüseynov, I kurs tələbəsi Aytac Fərzəliyeva, universitetin tələbə gənclər təşkilatının sədri Sahil Qələndərov, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, universitetin elmi katibi Laçın Həsənova, filologiya fakultəsinin dekan müavini Pəri Paşayeva  və başqaları  çıxış edərək mövzunun  aktuallığı və əhəmiyyəti barədə fikirlərini bildiriblər. İştirakçıların yüksək fəallığı ilə müşaiyət olunan tədbir ərzində maraqlı təkliflər səslənmiş və fikir mübadiləsi aparılmış, universitetin tələbələri anaya, qadına həsr olunmuş şeyrlər oxuyublar.  

Sonda tədbir iştirakçılarına məlumatlandırma vəsaitləri paylanılmışdır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ən çox oxunanalar