Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Əbiyev ölkəni tərk edib?


Sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyev bugünlərdə ölkəni tərk edib


Bu barədə gununsesi.info-ya sabiq nazirə yaxın mənbələr məlumat verib. Məlumatda qeyd olunur ki, Səfər Əbiyev hazırda Almaniyadadır. 

Onun Almaniyaya səhhətindəki problemləri yoluna qoymaq üçün getdiyi bildirilir. Yayılan xəbərdə qeyd olunub ki, sabiq nazirin ölkəyə qayıdacağı isə bilinmir.

Xatırladaq ki, bundan əvvəl də sabiq müdafiə nazirinin ölkəni tərk etməsi barədə çeşidli xəbərlər yayılmışdı və az sonra təkzib edilmişdi. S.Əbiyevin barəsində yazılanları sükutla qarşılaması isə şayiələri daha da artırır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu isə modern.az-a açıqlamasında demişdi ki, aprelin əvvəllərində cəbhədə baş verənlərlə bağlı Səfər Əbiyevlə söhbətləri olub: “Söhbət zamanı o, aprel döyüşlərini çox yüksək qiymətləndirdi və qələbəyə, hər bir əsgərin uğuruna sevindi. Hələ də şübhə var ki, ordumuzun uğurlarına Səfər Əbiyev tərəfindən qeyri-münasibət göstərilir?! Bunu heç cür başa düşə bilmirəm. Səfər Əbiyev adi əsgərdən diviziya komandirliyinə qədər yüksəlib. O, ordunun nə demək olduğunu və necə idarə edilməsini çox gözəl bilir...”

"Yeni Musavat" yayılan sonuncu xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün E.Sabiroğlu ilə əlaqə yarada bilməyib.

Deputat Vahid Əhmədov isə bu barədə bildirib ki, sabiq müdafiə nazirinin hər hansı problemi yoxdur: “Kim nə deyir, nə yazır, yalandır, Səfər Əbiyevin hər hansı bir problemi yoxdur. Mən sonuncu dəfə onunla 20 gün əvvəl danışmışam. Hərdən səhhəti, yaxud digər şəxsi işləri ilə bağlı Türkiyəyə, digər xarici ölkələrə gedib-gəlir”. Deputat sabiq nazirin ölkəyə giriş-çıxışı üçün də hansısa problemin olmadığını vurğuladı. 

Bir neçə dəqiqədən sonra V.Əhmədov özü telefon açaraq bunları bildirib: “Sizinlə danışandan sonra Səfər Əbiyevə zəng etdim. Bakıda, öz evində-eşiyindədir. Yazılanlar da hamısı şayiədir. Səfər Əbiyevin heç bir problemi yoxdur”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar