Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlim Müslümov yeniliklərdən danışdı


“Ötən ilin dekabrı da daxil olmaqla son 9 aya yaxın dövrdə respublika prezidenti tərəfindən ölkə əhalisinin sosial təminatının gücləndirilməsinə xidmət edən 12 fərman və sərəncam imzalanıb. Həmin sənədlər sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına səbəb olub. Bununla yanaşı, bizim üçün prioritet məsələlərdən biri dövlət qayğısının aztəminatlı əhali təbəqələrinə çatdırılması sistemini şəffaflıq prinsipi və müasir texnologiyalar əsasında davamlı olaraq təkmilləşdirməkdir”


Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, bu fikri nazir Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə ən mühüm addımlardan biri ünvanlı dövlət sosial yardımının təyinatı prosesinin avtomatlaşdırılmasıdır:

“Bu məqsədlə xüsusi işçi qrup tərəfindən yeni layihə hazırlanıb. Qeyd olunan layihənin pilot ərazilərdə tətbiqinin nəticələri əsasında ünvanlı sosial yardım haqqında qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur”. Nazir sosial cəhətdən həssas əhali qruplarına göstərilən diqqət və qayğıdan söz açaraq, ölkənin sosial təminat və sosial xidmətlər sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi dünya təcrübəsi əsasında mühüm işlərin aparıldığını vurğulayıb, həmçinin cari ilin 1 iyulundan işə salınan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə toxunub: “Artıq 300 minə yaxın əmək müqaviləsi bildirişi yeni sistemdə qeydiyyatdan keçib və işəgötürənlər arasında aparılan çoxşaxəli məlumatlandırma işlərinin müsbət nəticəsi olaraq, hər gün qeydiyyatdan keçən bildirişlərin sayı əvvəlki günə nisbətən xeyli çox olur”.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, S.Müslümov qeyd olunan sahələrdə aparılan işlər, yeni bilik və təcrübələrlə bağlı bu iclasda məlumat mübadiləsinin “beyinlərin hücumu” metodu ilə mövcud problemlərin həllinin ən optimal variantını tapmaqda, ümumi məlumatlılıq səviyyəsinin yüksəlməsində, görülən işlərdə vahid və əlaqəli yanaşma prinsipinin güclənməsində mühüm önəm kəsb etdiyini  vurğulayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar