Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid əsgərimiz dəfn edilib - Foto


Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib


PİA.AZ report-a istinadən xəbər verir ki, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü, əsgər Xəlilov Xanoğlan İntizam oğlu Şəmkir rayonun Şeidlər kənd qəbristanlığında dəfn edilib. 

Dəfn mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. 

Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid X.Xəlilovun məzarı üstünə əklil və qərənfillər qoyulub.

Qeyd edək ki, ailənin kiçik övladı olan X.Xəlilov 2016-ci ilin yanvar ayından Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsədə həqiqi hərbi xidmətdə olub. Onun hərbi xidməti başa vurmasına isə 5 ay qalıbmış. 

Allah rəhmət etsin!

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ən çox oxunanalar