Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sulutəpə qəsəbəsində bir gecədə yoxa çıxan şam ağacları


Xocasən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov yaşıllıqları məhv edir və məhv edilən yaşıllıqların ərazisini sataraq milyonlar qazanır


Bələdiyyə sədri torpaq satdığı şəxslərə tapşırır ki, şam ağacların gecə yarısı sakit şəkildə və sürətlə kəsərək yoxa çıxarsınlar.

PİA.AZ-a Sulutəpədən daxil olan məlumatda bildirilir ki, Binəqədi rayon Xocasən bələdiyyəsinə daxil olan Sulutəbə qəsəbəsində yaşıllıqlar məhv edilir. Bildirilir ki, satılan ərazilərdəki nadir şam ağacları bir qayda bir gecə içində qırılır. Bir neçə gün içində  hasarlanan ərazilərdə gecələr şam ağacları qırılır və doğranaraq daşınır. Bütün bu işləri həyata keçirən şəxsin isə Xocasən bələdiyyəsinin  sədri Məhərrəm Əsgərov olduğu bildirilir. 

Daxil olan məlumatda bildirilir ki, bələdiyyə sədri torpaq satdığı şəxslərə tapşırır ki, “şam ağacların gecə yarısı sakit və sürətlə kəsərək yoxa çıxarsınlar. Sulutəpə qəsəbəsə Avtovağzalının arxa hissəsində yüzlərlə evlərin tikildiyi ərazilərdə yüzlərlə qocaman şam ağağlarının bu yolla məhv edildiyi iddia olunur. Bir qayda olaraq torpaq alan şəxslər ev tikdikləri ərazilərdə şam ağaclarını qırsalarda, həyətlərində onlarla ağacları saxlayırlar. Bələdiyyə sədrinin də torpaq satdığı şəxslərdən tələbi bu yöndə olur. qeyd olunur ki, hazırda Avtovağzalın arxa hissəində 1 sot torpağın qiyməti 20-25 min manat arasında dəyişir. Xocasən bələdiyyə sədri Məhərrəm Əsgərov son 2 ildə həmin ərazilərdə bir neçə milyon manatlıq torpaq sahəsi satdığı bildirilir.

Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbə bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliynin mütəxəssisləri əraziyə baxış keçirərlərsə, yüzlərlə kəsilmiş şam ağağlarının yerini müəyyənləşdirə bilərlər. Redaksiyamıza göndərilən fotolardan aydın görünür ki, Xocasən bələdiyyə sədri Məhərrəm Əsgərov Sulutəpə qəsəbəsində satdığı yaşıllıq ərazilər bir gecənin içində məhvedilir. 

Həmçinin daxil olan məlumatda qeyd olunur ki, Xocasən bələdiyyə sədri Məhərrəm Əsgərov tərəfindən satılan ərazilərin bir hissəsi də Dövlət Neft Şirkətinin balansında olan torpaqlardır. Həmin torpaqların böyük bir qisminə isə bələdiyyə sədri saxta sənədlər verib.

Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatda həmçinin  Xocasən bələdiyyə sədri Məhərrəm Əsgərovun qarşıdan gələn bələdiyyə seçkilərində yenidən sədr olmaq üçün Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla bazarlaşdığı iddia olunur. 

Məhərrəm Əsgərovun Sulutəpə qəsəbəsində qeyri qanuni həyata keçirdiyi torpaq satışı və şam ağacalrını bir gecədə necə yoxa çıxması ilə bağlı yaxın günlərdə oxucularımıza  ciddi faktlar təqdim edəcəyik. 

Qarşı tərəfin möqeyini dərc etməyə hazırıq…




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar