Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Terrorçulardan birinin kimliyi bəlli olub

İyunun 28-i İstanbul şəhərinin Atatürk hava limanında terror aktı törədənlərdən birinin kimliyi məlum olub


Türkiyənin “Hürriyyet” qəzeti yazır ki, həmin şəxs Rusiya vətəndaşı, çeçen Osman Vadinovdur. Onun İŞİD üzvü olduğu bildirilir.

Qəzetin yazdığına görə, hadisəni 3 terrorçu törədib. Onlar iyunun 28-i axşam saat 9 radələrində İstanbulun Fateh Vətən küçəsində Mahmud Bağışa məxsus taksiyə miniblər. İstanbul polisi həmin vaxt küçədəki təhlükəsizlik kamerasının terrorçuları qeydə aldığını üzə çıxarıb.

Terrorçuların üç bel çantası və bir çamadanı olub. Onlar hava limanında xaricdən təyyarə reysləri ilə gələn şəxslərin çıxışı üçün nəzərdə tutulmuş terminalda taksidən düşüblər, çamadandakı partlayıcıları əyinlərinə keçirib, silahlarını gizlədərək dağılışıblar. Bundan sonra xaricə gedən və xaricdən gələn sərnişinlər üçün nəzərdə tutulmuş giriş-çıxışda və avtomobil parkında gülləbaran və partlayışlar törədilib.

Terror aktları dalbadal, saat 10 radələrində baş verib. 42 nəfər ölüb, 240-a yaxın adam xəsarət alıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar