Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tütünçülükdən ayda 90 milyonu kimlər qazanır?


Ekspertlər istehsalın və monopoliyanın çətinliyindən danışırlar...;


Ölkədə ötən il baş verən hər iki devalvasiyadan sonra siqaretin qiymətində də əhəmiyyətli bahalaşma baş verib. Bu isə ölkədə siqaret istehsalının nə dərəcədə mümkün olması mövzusunu bir daha aktuallaşdırıb. Ekspertlər Azərbaycanda siqaret istehsalının detallarından danışarkən, tütünün keyfiyyətsizliyindən  şikayətlənirlər. 

İddialara görə isə ölkədə istehsal olunan siqaretlərin tərkibinə tütün deyil, daha çox fərqli otlar, məsələn, yonca qatılır. Ekspertlər ölkədə istehsal olunan siqaretin tərkibində qatranın miqdarının təhlükəli həddə olduğunu da vurğulayırlar. Həmçinin ölkədə tütün istehsalının aşağı düşməsinin əsas səbəbi kimi yerli sortların hazırkı siqaret xammalı kimi yararsız olması da deyilir. 

Qeyd edək ki, statistikaya görə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində ölkəyə 297 608,16 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu, 2014-cü ilə nisbətən 101 786,03 min dollar və ya 25,49 faiz azdır. Hesabat dövründə Azərbaycandan 9 406,32 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 3 3048,90 min dollar, yaxud 26,25 faiz azdır. 

Ekspert Qalib Toğrul məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ölkədə tütün istehsalının aşağı düşməsinin əsas səbəbi yerli sortların hazırkı siqaret xammalı kimi yararsız olmasıdır: “Sovet dönəmində respublikanın bir çox rayonlarında- Qaxda, Balakəndə, Zaqatalada, Şəkidə, Cəlilabadda böyük tütün plantasiyaları olub. Ən yüksək istehsal 1986-cı ildə qeydə alınıb: 65,2 min ton. Ancaq SSRİ dağıldığı üçün əkin, emal və istehsal müəssisələri arasında əlaqələr qırıldı,  tütün istehsalı sürətlə aşağı düşməyə başladı. 2014-cü ildə ölkəmizdə 2,9 min ton tütün istehsal olunub. Tütün istehsalının aşağı düşməsinin əsas səbəbi Azərbaycandakı yerli sortların hazırkı siqaret xammalı kimi yararsız olmasıdır. Son illər Azərbaycanın müxtəlif bölgələrində xaricdən gətirilən yüksək keyfiyyətli toxumlar əsasında tütün şitili istehsalı üçün istixanalar qurulsa da, fermerlər, qurutma və emal müəssisələri arasında əlaqə yaradılsa da, bunlar tütünçülüyün inkişafı üçün yetərli deyil. Azərbaycanın bütün kənd təsərrüfatı üçün xarakterik olan pərakəndəlik, plansızlıq, toxumçuluğun zəif inkişafı, müasir becərmə və emal texnologiyalarından geniş istifadə edilməməsi və maliyyə əlçatanlığının olmaması tütünçülük üçün də xarakterikdir. Hazırda biz tütün və siqareti həm istehsal, həm idxal, həm də ixrac edirik. 2015-ci ilin 9 ayının göstəricilərinə görə, tütün və tütünün sənaye əvəzedicilərinin idxalı 231 milyon dollar, ixracı isə 6 milyon 356 min dollar olub. Əvvəla, göründüyü kimi, idxal ixracdan dəyər ifadəsində təxminən 38 dəfə çoxdur. İkincisi, biz daha çox tütün xammalı ixrac edirik, əvəzində hazır məhsul-siqaretlər, siqarlar idxal edirik. Hazır məhsul ixracı isə təxminən milyon yarımdır ki, bu da ”European Tobacco Baku"nun payına düşür. Əslində bu, Azərbaycan iqtisadiyyatının problemidir ki, ixracda xammalın payı hazır məhsulla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Hazırda Azərbaycanda siqaret bazarının 30 faizə yaxını bu şirkətin istehsalı hesabına ödənilir. Ancaq təəssüf ki, “European Tobacco Baku” tütün xammalının demək olar ki, hamısını xaricdən alır, çox cüzi hissəsini yerli xammal hesabına ödəyir. Mən ümumiyyətlə, Azərbaycanda tütün əkilməsinin əleyhinəyəm. Bu bitki insan sağlamlığı üçün ziyanlı olduğundan, artıq heç bir Avropa ölkəsində əkilmir. Dünyanın tütünə olan tələbatı Cənubi Amerika və Afrikada becərilən tütün hesabına ödənilir. İnsana dəyər verən ölkələrdə daha tütün əkilmir".

Ölkədə siqaret istifadəçilərinin sayının 3 milyon nəfər olduğu bildirilir. 2015-ci ildən bu yana siqaretlərin qiyməti 100 faiz artıb. Orta hesabla 3 milyon siqaret istifadəçisinin gün ərzində bir qutu siqaret çəkdiyini nəzərə alsaq, bu o deməkdir ki, gün ərzində siqaret mafiyası qiymət artımından sonra 3 milyon əlavə vəsait əldə edib. Bu, aya 90 milyon manat deməkdir. Əksər ekspertlər bildirirlər ki, siqaretin bahalaşmasının iqtisadi əsasları yoxdur. Yəni ölkədə satılan siqaretlərin qiymətini bahalaşdırmamaq da olardı. Daxildə tütün isteshsalı 2,8 min tondur. Bu miqdarda tütün ölkənin ay yarım tələbatını görür. Yerdə qalan hissə isə idxal hesabına ödənir. Bura həm tütünün xammal kimi, həm də hazır məhsul kimi idxalı daxildir. Azərbaycana əsasən Rusiyadan, Ukraynadan, Almaniyadan, Hollandiyadan, Birləşmiş Ərəb Əmirliklərindən siqaret gətirilir. 
Ekspertlərin sözlərinə görə, bir hektar tütün sahəsindən orta hesabla 25,5 və ya 27,7 sentner məhsul götürmək mümkündür. Bir ton yaşıl tütündən isə 180-200 kiloqram quru tütün çıxır. Qeyd edək ki, sovetlər dönəmində əlverişli iqlimə malik olan şimal rayonlarından Şəkidə, Bərdədə, Qaxda, həmçinin Zaqatalada, cənub rayonlarından isə LerikYardımlıda tütün istehsal edilib.

Ekspert Rəşad Həsənov isə musavat.com-a açıqlamasında qeyd edib ki, müstəqil Azərbaycanda tütün istehsalı ilə bağlı ciddi geriləmə baş verib: “Əvvəlki dövrlərdə tütünçülük ölkədə inkişaf edirdi. Hazırda Azərbaycanda istehsal olunan tütünün məhsuldarlığı və yararlılığı məsələsi var. Yəni məhsul yararlıdırmı, sahibkarlar bu sahəyə maraq göstərərmi? Bizdə tütün alıcısı bu sahədə inhisarçıdır. Tobako fabrikimiz inhisarçı olduğuna görə də alış qiymətləri o sahənin inkişafı üçün daha mühüm məqamlardan biridir. Əgər aşağı qiymətlərlə alış həyata keçirmək istəyirsə, yaxud Azərbaycanda istehsal olunan məhsulun maya dəyəri idxaldan daha baha başa gəlirsə, o məhsulun istehsal edilməsinə ciddi ehtiyac olmaz. Hazırda Ümumdünya Ticarət Təşkilatının əsas məğzi ondan ibarətdir ki, hansı ölkədə daha az resursun sərfi ilə başa gəlirsə, məhsul o ölkədə istehsal edilsin. O demək deyil ki, Azərbaycanda tütün alınırsa, o, mütləq istehsal edilməlidir. Burada aqrar sektorun mütəxəssislərinin, Kənd Təsərrüfatı Nazirliyinin araşdırmasına ehtiyac var. Görək həqiqətən də Azərbaycanda bu istiqamətdə məhsuldarlıq kifayət qədər ola biləcəksə, rəqabətə tab gətirmək mümkün olacaqsa, buna çalışmaq olar. Bu istiqamətdə istehsal formalaşdırıla bilər, mümkün qədər dövlət dəstəyi ilə təmin oluna bilər. Ölkədə idxaldan asılılığı azaltmaq mümkündür. Amma maya dəyərini araşdırmaq çox vacibdir. Bu istiqamətdə ciddi araşdırma yoxdur. Hazırda bildiyim qədər ölkədə çox az şəkildə fərdi sahibkarlar bu istiqamətdə müəyyən işlər görürlər.  Əgər bu gün Azərbaycanda tütünçülük sahəsində əkin həyata keçirilərsə, daha çox mütəsəssislər onun üzərində işləməlidir ki, bu keyfiyyətə cavab verirmi, vermirmi? Sabah gömrükdə liberallaşma olacaqsa, ölkədə istehsal olunan məhsul rəqabətə davam gətirə biləcəkmi? Əsas sual budur. Əgər rəqabətə davam gətirəcək yerli məhsul istehsal olunması mümkün deyilsə, bu sahəyə yatırım etməyə dəyməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ən çox oxunanalar