Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəzifəsini itirmək təhlükəsi ilə üzləşən 5 nazir


Prezident İlham Əliyev mütəmadi olaraq Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edir


Bəzi nazirlər istisna olmaqla, əksəriyyəti müəyyən müddət sonra vəzifədən kənarlaşdırılır, onları yeniləri əvəzləyir.

Son olaraq adı bir çox cinayətlərdə hallanan milli təhlükəsizlik naziri Eldar Mahmudovla onun şəbəkəsi ilə əlaqəsi olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov vəzifəsini itirmişdi. Bu son olmayacaq və qarşıdakı aylarda daha bir neçə yüksək rütbəli məmur vəzifəsini itirəcək.

Hökumətdəki mənbələrdən Qaynarinfo.Az-a verilən məlumata görə, vurulması gözlənilən məmurlardan biri Oqtay Şirəliyevdir. Onun işdən çıxarılmasına səbəb olacaq məqamlarla bağlı geniş məlumat vermişdik. Məlumat üçün xatırladaq ki, son dövrlər Azərbaycan səhiyyəsində "həkim terroru" tuğyan edir. Salyanda doğulan üçəmlərdən ikisinin ölümü, Bakıda diabet xəstəsi qadının salamat olan ayağının kəsməsi, 27 yaşlı qadının və uşağının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişməsi dediklərimizin sübutudur.

Hökumətə yaxın dairələrdən verilən məlumata görə, ölkədə faktiki olaraq “həkim terroru”nun tüğyan etməsi iqtidar daxilində də ciddi narazılığa səbəb olub. Narazılığın ünvanı isə səhiyyə naziri Oqtay Şirəliyevdir. Belə ki, Şirəliyevin səhiyyə üzərində nəzarəti demək olar itirdiyi, bu sistemdə rüşvət, korrupsiya və digər özbaşınalıqların at oynatdığı, belə bir şəraitdə isə səhiyyə qurbanlarının sayının getdikcə atdığı fikri artıq hakimiyyət içində xeyli insana hakimdir. Elə bu səbəbdən də yaxın vaxtlarda onun vəzifədən alınmasına dair siyasi qərarın verildiyi deyilir. Ən geci payızda Oqtay Şirəliyevin işsiz qalacağı ehtimalı xeyli yüksəkdir. 

Gedişi gözlənilən digər nazir Ziya Məmmədovdur. Nəqliyyat nazirinin "vurulacağı" ilə bağlı xəbərlər uzun müddətdir mətbuat səhifələrində dolaşır. Hətta bir müddət əvvəl onun işdən çıxarıldığı və həbs olunduğu iddia olunurdu. Ziya Məmmədovun bir müddət işə çıxmaması da bu iddiaları gücləndirirdi. Amma nəqliyyat naziri bir müddət sonra yenidən iş başında göründü.

Ölkənin ən uzun müddətli nazirlərindən olan Ziya Məmmədov hələlik nazir statusu daşısa da, səhaliyyətlərinin böyük əksəriyyətini itirib. Bu fakt Ziya Məmmədovun artıq bütün etibarını itirməsi anlamına gəlir. Hakimiyyətə yaxın mənbələr bildirir ki, o, müəyyən məsələlərə görə hələlik postunda saxlanılıb, əvəzində isə səlahiyyətləri böyük ölçüdə əlindən alınıb. Bu isə onun gec-tez vurulacağını deməyə əsas verir.

Oqtay Şirəliyevlə Ziya Məmmədov kimi etibarını itirmiş məmurlardan biri də Heydər Əsədovdur. Kənd təsərrüfatı naziri və ətrafı ilə bağlı son aylar mətbuatda çox ciddi faktlar yayımlanır. Onlar dövlətin kənd təsərüfatı üçün ayırdığı subsidiyaların mənimsənilməsindən tutmuş, bu sahəyə ayrılan kreditlərin müəyyən şəxslər tərəfindən talanmasına qədər bir çox qanunsuz əmələrdə ittiham olunur. Hakimiyyətə yaxın mənbələrin Qaynarinfo.Az-a verdiyi məlumata görə, Heydər Əsədov işdən çıxarılması ən real olan məmurlardan biridir.

Hədəfdə olan məmurlardan biri də Mikayıl Cabbarovdur. Bu gün ölkə rəhbərliyinə ünvanlanan şikayətlərin əksəriyyəti məhz təhsil sektorunun payına düşür. Ümumiyyətlə, təhsil sektorunda vəziyyət Misir Mərdanovun nazir olduğu dönəmdən daha da pisdir. Orta və ali məktəblərdə rüşvətxorluq pik həddə çatıb, qanunsuzluq baş alıb gedir. Ona görə də nazirliyin strukturunun dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Yəni təkcə kadr islahatı yox, həm də struktur islahatı gözlənilir. Bundan başqa Təhsil Nazirliyinin yüksək rütbəli məmurlarının adı "MTN çetesi" ilə əməkdaşlıqda hallanır ki, bu da çox ciddi ittihamdır. Bütün bunlar Mikayıl Cabbarovun tezliklə vəzifəsini itirəcəyini deməyə əsas verir.

Kreslosu laxlayan nazirlərdən biri də Elmar Məmmədyarovdur. Xarici işlər nazirinin "vurulması" üçün yetərincə səbəb var. Təkcə bir müddət əvvəl yaşanan diplomatların qiyamını xatırlamaq kifayətdir. Bir neçə diplomatın ölkəyə qayıtmaqdan imtina etməsi Eldar Məmmədyarovun imicinə ciddi şəkildə ziyan vurub. Bundan başqa diaspora təşkilatları ilə bağlı yaşanan qalmaqallar da XİN başçısının imicinə mənfi təsir göstərib. Dövlət başçısı qarşıdakı günlərdə Elmar Məmmədovu vəzifədən azad edərək onun yerinə daha yaxşı imicə və güclü avtoritetə sahib birini təyin edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar