Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vitse-prezidentlikdən sonra nə gözlənilir?


Vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər


PİA.AZ bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. 

Millət vəkili indiki məqamda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin önəmini  xüsusi vurğulayıb:
 
“Təxminən 10 ilə yaxındır ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması əsas müzakirə obyektidir. Nəhayət, bununla bağlı qərar qəbul edilib, referendum keçiriləcək. Yəni bu prosesdə faktiki olaraq müəyyən sahələr üzrə təyin olunan vitse-prezidentlər konkret cənab Prezidentlə işləyəcəklər. Bu, çevikliyi artırmaq və gedən islahatları sürətləndirmək üçün çox böyük əhəmiyyət daşıyır. Vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazilər Kabineti buraxıla da bilər. Ancaq sözügedən institut hələlik Azərbaycanda oturuşmadığı üçün Nazirlər Kabinetinin fəaliyyəti müəyyən müddət davam edəcək”.
 
Millət vəkili Konstitusiyada yaş senzi ilə bağlı məhdudiyyətin götürülməsi barədə referendum layihəsini də müsbət qarşıladığını deyib:
 
“Hesab edirəm ki, əgər vətəndaşın 18 yaşdan sonra səsvermə hüququ varsa, niyə seçilmək hüququ da olmasın?!”
 
Millət vəkili Ali Baş Komandanın istənilən vaxt Silahlı Qüvvələrlə bağlı qərar vermək imkanını birmənalı olaraq alqışladığını deyib:
 
Prezident Silahlı Qüvvələrlə bağlı prosesə birbaşa özü müdaxilə etməklə mühüm qərarlar verəcək. Azərbaycanda belə bir dəyişikiliyə ehtiyac var”.
 
Qeyd edək ki, iyulun 18-də Prezident İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən, “Konstitusiyada dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. Layihənin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.
 
Hazırkı Referendum Aktı 29 bənddən ibarətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar