Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vurulan təyyarə siyasətə düşdü

Rusiyanın Suriyanın Hmeyim aviabazasından havaya qalxan 2 Su 24 qırıcı-bombardmançı təyyarəsi Türkiyənin Hatay vilyətinə tərəf uçurdu


Rusiyanın Su-24 qırıcı-bombardmançı təyyarəsi Türkiyənin Hatay vilayətinin Yayladağ rayonundan 4 km aralıda vurulub.
Təyyarə Türkməndağı tərəfdən Suriyada türkmənlərin kompakt yaşadığı Yamadi tərəfə yönəlirmiş. Su-24 bombardmana hazırlaşırmış.

Təyyarə vurulandan sonra Murtlu və Kepir kəndləri arasındakı Kızıldağ təpəsinin yamaclarına düşüb. Su-24-ün iki pilotu 500 metr yüksəklikdə katapultdan istifadə edərək paraşütlə yerə düşüb.
Türkiyənin Müdafiə Nazirliyinin yaydığı açıqlamada isə deyilir: "Hatay vilayətinin Yayladağ bölgəsi rayonunda naməlum təyyarə 5 dəqiqə ərzində 10 dəfə Türkiyənin hava sərhədini pozub. İki F-16 qırıcısı səmaya qaldırılıb və onlar həmin təyyarəni vurublar".

İstefada olan türk general Erdoğan Karakuşun dediyinə görə, Rusiyanın Su-24 qırıcı təyyarəsinin Türkiyənin hava sərhədlərini pozduğu sübuta ehtiyac duyulmayan məsələdir.
"Təhlillər çox aşkar göstərir ki, Rusiyanın hərbi təyyarəsi sərhədlərimizi pozub. Belə sərhəd pozuntusu ölkəmiz üçün birbaşa təhdiddir. Üstəlik, Rusiya radarları sıradan çıxarmağa da çalışıb. Bu isə hava sərhədinin pozulmasından daha təhlükəlidir", - general söyləyib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan "Rusiyanın təyyarəsini biz vurduq" deyib, Rusiya prezidenti Vladimir Putin olayla bağlı Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb, bəyanat hazırlayır.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyanatla çıxış edib.
NATO da olayla bağlı açıqlama verməyə hazırlaşır.
Moskva və Ankara arasındakı münasibətlərin gərildiyi göz qarşısındadır.

Rusiya sentyabr ayının sonlarından bəri Suriyada aviasiya əməliyyatları keçirir və İŞİD, "Cəbhət əl Nüsra" kimi terror təşkilatlarının mövqelərini bombaladığını bildirir.
İndiyədək 2395 uçuş həyata keçirilib, terrorçulara məxsus 1242 mövqenin və obyektin bombalandığı vurğulanır.

Rusiyanın raket-bomba zərbələri, habelə Suriya prezidenti Bəşər Əsədə hər cür - maliyyə, hərbi, texniki, siyasi, kəşfiyyat və s. - dəstək verməsi Suriyada durumu dəyişməyə başlayıb. Bəşər Əsədə sadiq qoşunlar ölkədə vətəndaş müharibəsi başlanan gündən bəri ancaq geri çəkilirdilərsə, rusların əməliyyatlarından sonra Homs, İdlib, Latakiya, Hələb vilayətlərində hücuma keçiblər.

Hədəfin terrorçular olduğu deyilir.
Amma bu arada Bəşər Əsədin qoşunları və Rusiya təyyarələri Suriyanın şimalındakı Latakiya bölgəsində, Bakırbucaq səmtlərində yerli türkmənləri də vururlar. Daha doğrusu, türkmənlər, ümumiyyətlə, soyqırım təhdidi ilə üzləşiblər.
Son 11 gün ərzində Suriyanın şimalındakı 63 türkmən kəndinin sakinləri evlərindən didərgin düşüblər, bomdardmanlarda həlak olmamaq üçün Türkiyə sərhədinə qaçıblar.
Bəşər Əsəd rejiminin illərdən bəri yürütdüyü etnik təmizləmə siyasətinə qarşı çıxan türkmənlər əldə silah vuruşmağa başlayıblar.
Onların çıxış yolu yoxdur: bir tərəfdən Əsədin qoşunları vurur, digər tərəfdə isə İŞİD və "Cəbhət əl Nüsra", "Əhrar əl Şam" və ya kürdlərin YPG, PYG kimi terror qruplaşmaları türkmənləri məhv etməyə çalışır.

Kürdlər Suriyanın şimalında, Türkiyə ilə sərhəd boyunca "Rojava" adlı "Kürd Muxtariyyəti" bölgəsi yaratmaq, sonra da İraqın şimalındakı Kürdüstan Muxtariyyəti ilə birləşmək və iraqlı kürdlərə Aralıq dənizinə çıxış vermək istəyirlər.

Bu, "Kürdüstan" dövlətinin yaradılması istiqamətində kürdlər üçün ən mühüm addımdır  - iraqlı kürdlər neft və qazı məhz "Rojava"dan keçəcək boru kəmərləri ilə Aralıq dənizinə nəql etmək istəyirlər.
Suriya, İranRusiya da Suriyanın şimalını türkmənlərdən "təmizləmək", bu minvalla Türkiyəyə daimi və effektiv təzyiq vasitəsi olacaq bufer zonası yaratmaq fikrindədir.
Bəhs etdiyimiz planlar Türkiyəni narahat etdiyindən, rəsmi Ankara Suriya ilə sərhədləri boyunca "türkmənlərsiz Rojava"nın yaradılmasına imkan verməyəcəyini bildirib.
Rusiyanın Su-24 təyyarəsinin vurulması da məhz Ankaranın qətiyyət və iradəsinin nümayişi sayıla bilər.
Təbii ki, bu olay Ankara ilə Moskvanın münasibətlərini əhəmiyyətli dərəcədə sərinləşdirəcək. 
Rəsmi Ankara ötən həftənin ortalarından bəri Rusiyaya ən müxtəlif səviyyələrdə və kanallarla Suriyanın şimalında aparılan əməliyyatlardan narazılığını bildirmiş, türkmənlərin bombardmanlarına son qoyulmasını istəmişdi.

İndisə işlərin notalar və bildirişlərlə kifayətlənəcəyi ağlabatan görünmür.
Türkiyə NATO ölkəsidir və Rusiyanın hərbi təyyarəsinin onun hava sərhədlərini pozması birmənalı olaraq NATO-nun hüdudlarına hücum sayılır.

Məhz bu səbəbdən Şimali Atlantika Alyansı bu gün təcili toplantı keçirir və Su-24 təyyarəsinin vurulması ilə bağlı bəyanat hazırlayır.
Hər şey çox sadədir.
Rusiyanın hakimiyyət dairələri "təyyarəmiz Türkiyənin sərhədlərini pozmayıb" deyirlər.

Hərgah belədirsə, onda səhvən başqa dövlətin hava məkanına daxil olan təyyarə mövcud qaydalara görə oranı mümkün qədər tez tərk etməlidir. Əgər pilot "azıbsa", onda dərhal, təxirə salmadan xilas siqnalı verməlidir.
Rusiyanın Su-24 təyyarəsinin pilotları bunu etməyiblər. Belədirsə, ortada ya bilərəkdən edilən və əvvəlcədən hazırlanaraq Türkiyəni yeni, məkrli oyuna çəkməyə hesablanmış təxribat var, ya da ən primitiv variantı - Rusiya Suriyadakı türkmənlərin bombardmanlarını daha aktiv davam etdirəcək.

Hadisələrin cərəyan edəcəyi məcradan asılı olmayaraq Ankara ilə Rusiya arasındakı bir sıra anlaşmalar təftiş ediləcək ki, onların arasında Rusiyanın təbii qazının Türkiyəyə nəqli və sonradan Avropaya ötürülməsi ilə bağlı layihələr var.

Elçin Alıoğlu(milli.az)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar