Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu

Sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsi olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olunub


Bu barədə  etibarlı mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, icra başçısının Binəqədi rayonu ərazisində tikinti ilə bağlı verdiyi 18 sərəncam prokurorluğun təqdimatı ilə ləğv olunub.
Əldə etdiyimiz informasiyada həmçinin, o da qeyd olunur ki, həmin 18 sərəncamın bir neçəsi ictimai iaişə obyektləri, digərləri isə yüksək vəzifəli şəxslərə məxsus villalarla bağlıdır.

Xatırladaq ki, icra başçısının həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımlar atılmağa başlayıb. Belə ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib.

Məlumatda həmçinin, o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb.

Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Dünən – yanvarın 7-si həftənin istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar.

Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.Gununsesi.info

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Ən çox oxunanalar