Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-dan Nardaran hadisələrinə Münasibət


“Heç bir halda dövlətə qarşı silahla mübarizə aparmaq olmaz. Həmçinin özünü qanundan və hüquqdan da üstün tutmaq düzgün deyil”


PİA.AZ xəbər verir ki, bu sözləri aznews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. O, bildirib ki, qanundan kənar silahlı dəstənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz:

“Bu gün zorla hakimiyyəti devirməyə çalışan bir təşkilat üzüvlərinə qarşı əməliyyat aparılıb. Onlar saxlanılarkən polisə atəş açıblar. Bu zaman onlardan 4 nəfər, polisdən isə 2 nəfər həlak olub. Eyni zamanda bir neçə nəfər yaralanıb. Ümumiyyətlə, qanundan kənar silahlı dəsətənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz. Hər bir kəs qanun qarşısında bərabərdir. Eyni zamanda qanunun tələblərini yerinə yetirməyə hazırdılarlar”.

Aydın Mirzəzadə qeyd edib ki, hüquq mühafizə orqanlarına qarşı müqavimət göstərilməsi, əllərində olan silahla onlara atəş açılması göstərir ki, orada doğrudan da qeyri-qanuni bir dəstə yaradılıb:

“Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıraraq bu işdə günahkar olanları cəzalandıracaq. Eyni zamanda məsələ ilə bağlı cəmiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bu gün Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı silahlı insident baş verib. Nardarandakı atışma zamanı ikisi polis olmaqla 6 nəfər ölüb, 14 nəfər isə saxlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar